Zaqatala filialı

AR Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı əsasında Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı yaradılmışdır. 

2016-cı il sentyabrın 15-də UNEC-in Zaqatala filialının açılışı olub. Filial regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədi ilə yaradılmışdır. Filialda ümumilikdə 1683 tələbə (Əyani - 14195, Qiyabi - 488) təhsil alır. 2025-ci ildə filiala 352 tələbə qəbul olunub. Filial üzrə maksimal qəbul balı 464 olub. 

Departament

  • İqtisadiyyat və menecment

Bölmələr

  • İqtisadiyyat və idarəetmə

  • Texniki və texnoloji

Təhsil formaları

  • Əyani

  • Qiyabi

Filialda ümumilikdə 1683 tələbə (Əyani - 14195, Qiyabi - 488) təhsil alır. 2025-ci ildə filiala 352 tələbə qəbul olunub. Filial üzrə maksimal qəbul balı 464 olub. 

22 auditoriya
153 otaq
155 nəfərlik "Tələbə Evi"
200 nəfərlik böyük akt zalı
50 nəfərlik kiçik akt zalı
65 yerdən ibarət imtahan zalı

Filial UNEC-in regional ali iqtisadi təhsil missiyasının icrasını təmin edir, bundan irəli gələn müsbət nəticələrdən region və dünya ali təhsil məkanında dayanıqlı rəqabət üstünlüklərinin formalaşması üçün şərait yaradır. Tələbələrin Universitetdə ali iqtisadi təhsil, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin aşılanmasına və müasir biznes informasi­ya­la­rının araşdırılması qabiliyyətinin formalaşmasına, analitik düşünmə və qərarvermə qabiliyyətinin qazanılmasına,

onların müəssisə və təşkilatlarda müxtəlif məsul vəzifələr tutmasına peşəkarlıq nöqteyi nəzərdən hazır olmalarına imkan yaradır. Filialda struktur olaraq “İqtisadiyyat və menecment” departamenti, Katiblik, Maliyyə və təminat şöbəsi, Təsərrüfat şöbəsi yaradılmışdır. Filialda “İqtisadiyyat və idarəetmə”, ”Texniki və texnoloji” bölmələrdən ibarət “İqtisadiyyat və menecment” departamenti fəaliyyət göstərir.

Filial xəbərləri

01 ديسمبر 2025
UNEC nümayəndə heyəti Ankaradakı reytinqli universitetlərində əməkdaşlıq imkanlarını müzakirə edib
22 يونيو 2025
نُشر مقال علمي لفريق مشاركة فرع UNEC في زاقاتالا في مجلة دولية ذات مكانة مرموقة.
16 مايو 2025
UNEC ilə Özbəkistan universitetləri arasında təcrübə mübadiləsi məqsədilə görüş keçirilib
08 مايو 2025
UNEC Zaqatala filialında “Universitetlərin regional inkişafda rolu” mövzusunda elmi seminar keçirilib
12 أبريل 2025
UNEC-in Zaqatala filialının yataqxanası və idman zalının açılışı olub

اتصل بنا

Zaqatala şəhəri, Əhməd Rəcəbli küçəsi, 4

الهاتف

+(994) 24-22-5-21-57

البريد الإلكتروني

unec.zf@unec.edu.az unec.zf@gmail.com