Kitabxanalar

UNEC Kitabxana-İnformasiya Mərkəzi təlim-tərbiyə və elmi tədqiqat prosesini tədris, elmi, metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edən və bilikləri təbliğ edən mənəvi və intellektual əlaqələrin yayılması mərkəzidir.

 

UNEC kitabxanası 1930-cu ildən Əsaslı kitabxana kimi fəaliyyət göstərmişdir. 15.04.2019-cu il tarixdən Əsaslı kitabxanın bazasında Kitabxana- İnformasiya Mərkəzi (KİM) yaradılmışdır. Hazırda kitab, jurnal, qəzet, tədris proqramı, dissertasiya, avtoreferat, mikrofilm və digər təhsil-informasiya resurslarına sahib olan zəngin kitabxana geniş oxucu kütləsinin müraciət etdiyi əsas mərkəzlərdən birinə çevrilmişdir.

Kitabxana şəbəkəsində Azərbaycan, rus, türk və ingilis dillərində kifayət qədər yazılı, səsli və görüntülü təhsil-informasiya resursları əldə etmək mümkündür. Kitabxana hər il yeni nəşr olunmuş monoqrafiya, dərslik, dərs vəsaitləri, metodik göstərişlər hesabına fondunu zənginləşdirir, mütəmadi olaraq oxucuları dövri mətbuatla təmin edir. 

0

Kitabxana sayı

0

Kompüter sayı

0

Kitab sayı

Oxucu–izləyicilər üçün elektron kitabxana xidmətləri göstərilir, library.unec.edu.az – saytının elektron kataloqda olan öz əksini tapmış bütün informasiya resursları, o cümlədən e-kitablar, a-kitablar davamlı olaraq artmaqdadır. Aktuallığını itirmiş, zamanın tələblərinə cavab verməyən kitablar mütəmadi olaraq yeniləri ilə əvəz olunur.

UNEC KİM ümumilikdə, 80736 nüsxə (2020-ci ilin hesabatına əsasən) Azərbaycan, ingilis, rus və türk dillərində kitab, tədris proqramı, dissertasiya, avtoreferat, elmi jurnal və digər kitabxana-informasiya resursları ilə oxuculara ənənəvi və elektron xidmət təqdim edir. Mərkəzin strukturunda 6 kitabxana fəaliyyət göstərir. 

tel: +994 12 492-59-03 (daxili: 1162)

e-mail: adila.abdullayeva@unec.edu.az

Kitabxanaçıdan soruş

Sualınızı bizə ünvanlayın

Virtual sərgi

UNEC-in tələbələri üçün maarifləndirici təlimlərin və görüşlərin təşkil edilməsi

Resurslar

Açıq girişi olan və abunə olduğumuz elektron bazalar