UNEC-də 2019-cu ildən “Bir Pəncərə” xidməti fəaliyyətə başlayıb. Məqsəd tələbələrin vahid mərkəzə müraciət edərək,
tələb olunan təhsil sənədlərini əldə edə bilməsidir. Bu sistem
vasitəsilə tələbə, təhsil arayışının hazırlanması üçün şəxsi
kabinetindən 7/24 xidmətə müraciət edə bilir.
Bir pəncərə xidməti tərəfindən tələbələrə akademik transkript, təhsil, təhsil haqqı, məzun arayışları və digər təhsil sənədlərinin təsdiqlənmiş surəti verilir. Hazırlanmış sənəd imza və möhürlə təsdiq olunaraq, QR kodla PDF formatında tələbənin şəxsi kabinetinə göndərilir.
Əlaqə: +994 (012) 492-59-03 (1010)
UNEC-də tətbiq edilən EDUMAN Sistemi tədris prosesinin rəqəmsallaşdırılması və səmərəliliyinin artırılması məqsədi daşıyır. Sadə və funksional iş prinsipi ilə seçilən sistem universitetin əsas tədris məlumatlarını vahid platformada birləşdirir.
*
EDUMAN sistemi vasitəsilə tədris prosesinin bütün əsas mərhələlərinə operativ şəkildə nəzarət etmək mümkündür. Sistem istifadəçilərə dərs cədvəllərini vaxtında izləmək, fənlər üzrə formalaşdırılmış qruplar haqqında dolğun məlumat əldə etmək imkanı yaradır.
2015-ci ilin mayından reallaşdırılan Elektron Sənəd Dövriyyəsi, sənədlərin kağızdan rəqəmsal mühitə keçirilməsi ilə idarəetmədə operativliyi, şəffaflığı və nəzarəti gücləndirir. Bütün kargüzarlıq proseslərinin – sənədin hazırlanması, razılaşdırılması,
yönləndirilməsi və arxivləşdirilməsinin – elektron formada aparılması resurslara qənaət edir, vaxt itkisinin qarşısını alır və iş proseslərini daha səmərəli təşkil edir.
UNEC tədris prosesində innovativ yanaşmalar tətbiq edərək hibrid auditoriyalar qurmuşdur. Bu auditoriyalar tələbələrə həm ənənəvi, həm də onlayn formada dərslərdə iştirak imkanı yaradır, beləliklə, təhsilin çevikliyini və əlçatanlığını artırır.
Hibrid auditoriyalar tələbələrin fərdi təhsil trayektoriyalarını formalaşdırmağa və tədris prosesində interaktivliyi artırmağa xidmət edir. UNEC-də artıq 100 hibrid auditoriya fəaliyyət göstərir və bu sayın artırılması istiqamətində işlər davam etdirilir.