Elmi tədqiqatların qrant əsasında maliyyələşməsi
UNEC rektorunun 06 mart 2025-ci il tarixli 90/1/2025 nömrəli əmri ilə 2025-ci təqvim ili üçün elan olunmuş III Daxili Qrant Müsabiqəsinin nəticələri elan olunmuşdur. Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “BP Exploreyşn (Kaspian Si) Limited” şirkəti arasında 12.03.2025-ci il tarixində QRANT MÜQAVİLƏSİ
*
№ CW338155 bağlanmışdır. Qrant müqaviləsinin ümumi dəyəri 196,000 azn (bir yüz doxsan altı min Azərbaycan manatı) təşkil edir. Qrant layihəsi üzrə maliyyələşmənin tam həcmdə və “BP Exploreyşn (Kaspian Si) Limited” şirkəti tərəfindən həyata keçiriləcəkdir.