Sosial İş və Sosial İnnovasiyalar Tədqiqat Mərkəzi

UNEC Sosial iş və Sosial innovasiyalar Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 10 oktyabr 2023-cü il tarixli iclasının 190 №-li Qərarı və UNEC rektorunun 944/3/2023 №-li əmrinə əsasən yaradılıb.

UNEC Rektorunun 14 noyabr 2023-cü il tarixli əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Türkiyənin İstanbul Universitesi-Cerrahpaşa, Sağlık Bilimleri Fakültesi, Sosyal Hizmet Bölümü, dosenti Taner Artan-a həvalə edilmişdir.
Mərkəzin missiyası sosial işin inkişafı, sosial innovasiyaların tətbiqi
və sosial 
rifahın yüksəldilməsinə elmi dəstək verməkdir.


Məqsəd:

UNEC Sosial İş və Sosial İnnovasiyalar Tədqiqat Mərkəzinin məqsədi social siyasətin, sosial işin və sosial innovasiyaların inkişafı üzrə elmi-tədqiqatlar aparmaq, cəmiyyətin sosial rifahının yüksəldilməsinə və sosial problemlərin həllinə elmi-analitik dəstək göstərməkdir.

 Əsas məqsədləri:
- Sosial iş və sosial innovasiyalar sahəsində elmi tədqiqatlar aparmaq və yeni yanaşmalar işləyib hazırlamaq;
- Əhalinin sosial müdafiəsi, inklüzivlik və rifahının yüksəldilməsi istiqamətində təkliflər hazırlamaq;
- Sosial sahədə müasir innovativ yanaşmaların (rəqəmsal həllər, sosial sahibkarlıq və s.) tətbiq imkanlarını araşdırmaq;
- Sosial iş üzrə kadr hazırlığına və elmi fəaliyyətə metodoloji dəstək göstərmək;
- Dövlət qurumları, QHT-lər və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək praktik həllər təklif etmək;
- Sosial inkişafla bağlı beynəlxalq təcrübəni öyrənmək və Azərbaycan şəraitinə uyğunlaşdırmaq.

Mərkəzin üzvləri:

اتصل بنا

Ünvan: İstiqlaliyyət, 6 (UNEC-in I tədris korpusu)

الهاتف

+(994) 12 492-57-31

البريد الإلكتروني

sosial@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri