Afət Həsənova Məmmədəli

Afət Həsənova Məmmədəli

“Riyaziyyat və statistika” kafedrasının baş müəllimi

رابط Avesis
 Bakı, A.Səhhət, 45 (IV korpus)
+(994) 12 541-56-93; 440-79-85
Həsənova Afət Məmmədəli qızı 22 sentyabr 1973-cü ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.
1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirmişdir.
1996-cı ildən həmin institutun “İqtisadi kibernertika” kafedrasında laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində işləmişdir.
1996-1999-cu illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “İqtisadiyyatın riyazi  və instrumental üsulları” ixtisası üzrə dissertant olmuşdur.
2007-ci ildə Bakı Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
Müxtəlif illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi kibernetika”, “Ekonometrika” kafedralarında çalışıb.
Hazırda UNEC-in “Riyaziyyat və statistika” kafedrasının baş müəllimidir.
6-dan artıq elmi-metodiki əsərin və 1 monoqrafiyanın müəllifidir.
Ailəlidir, bir övladı var.