Azər Babayev Alim

Azər Babayev Alim

«Tətbiqi iqtisadiyyat» kafedrasının dosenti

رابط Avesis
Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98
1966-cı il mayın 19-da Bakı şəhərində anadan olmuşdur.
1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur.
1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur.
1986-1989-cu illərdə təhsilinmi N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı Filialının «Maliyyə-kredit» fakültəsində davam etdirmişdir.
1989-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.
Ali məktəbi bitirdikdən sonra təhsilini məqsədli aspiranturada davam etdirməkdən ötrü, LMİİ-nin Bakı Filialının Elmi Şurasının qərarı ilə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutuna göndərilmişdir.

1989-1990-cu illərdə LMİİ-nin «Pul tədavülü və kredit» kafedrasının stajoru, 1990-1993-cu illərdə isə həmin kafedranın aspirantı olmuşdur.
1994-cü ildə Sankt-Peterburq Dövlət İqtisad və Maliyyə Universitetinin 08.00.10 – «Maliyyə, pul tədavülü və kredit» ixtisası üzrə dissertasiya müdafiə edərək SPbDİMU-nin dissertasiya şurasının qərarı ilə iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

Dəfələrlə ölkə və beynəlxalq qurumlar tərəfindən təşkil edilmiş ixtisasartırma, hazırlıq və inkişaf proqramlarında iştirak etmişdir.
1994-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) «Bank işi və pul tədavülü» (indiki «Maliyyə və audit») kafedrasında müəllim, baş müəllim, 2000-ci ildən etibarən isə kafedranın dosenti vəzifəsində çalışmışdır. 2003-cü il tarixli qərarı ilə (protokol № 11) dosent elmi adı verilmişdir.
2017-ci ildən «Tətbiqi iqtisadiyyat» kafedrasının dosentidir.
Azərbaycan Repsublikasının Ali Attestasiya Komissiyasının 25 mart
Uzun illər ərzində təhsilin bakalavr (əyani və qiyabi şöbələrdə), magistratura pilləsində və UNEC Biznes məktəbində (MBA) maliyyə sahəsinin monetar istiqaməti üzrə müxtəlif fənlər tədris etmiş və hal-hazırda da tədris etməkdədir. Bir necə il ərzində SABAH proqramı üzrə “Bank işi” fənnini tədris etmişdir.
2012-2023-cü illərdə ADİU-nun Dissertasiya Şurası nəzdindəki daimi Elmi Seminarın ekspertlərindən biri olub.
14/XI/2023-cü ildən ADİU nəzdində fəaliyyət göstərən ED 2.10 Dissertasiya Şurasının üzvlərinin tərkibinə daxil edilib.

Elmi-pedaqoji fəaliyyət illərində kafedranın elmi, tədris və ictimai tədbirlərində fəal iştirak etmişdir. Çoxsaylı metodiki, elmi-metodiki nəşrlərin, elmi məqalələrin (o cümləədən, Scopus və Web of Science-da indekslənən jurnallarda) müəllifidir. «Pul, kredit və banklar», «Pul və banklar», «Qiymətli kağızlar bazarı», «Bank işi» kimi baza fənnləri üzrə dərsliklərin həmmüəlliflərindəndir. 1 kollektiv monoqrafiyanın həmmüəlliflərindən və elmi həmredaktoru olub. 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 27/09/2011 il tarixli № T-393  qərarı ilə Fəxri Fərmanla təltif edilmişdir.
2020-ci ildə “Azərbaycan Respublikası qabağcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

Evlidir. İki övladı var.