Fəridə  Əkbərova  Akif

Fəridə Əkbərova Akif

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimi

رابط Avesis
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
Əkbərova Fəridə Akif qızı 25 iyun 1962-ci ildə Bakıda ziyalı ailədə anadan olmuşdur.
1979-cu ildə Bakı şəhərində yerləşən 175 saylı orta məktəbi bitirmişdir.
Həmin ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Ərzaq malları əmtəəşünaslığı ixtisasına qəbul olunmuş, 1984-cü ildə  institutu  Ərzaq malları əmtəəşünaslığı və ticarətinin təşkili ixtisası üzrə bitirimişdir.
1983-1990-cı illərdə su-kanal təsərrüfatı idarəsinin baza laboratoriyasında laborant vəzifəsində çalışmışdır.
2006-cı ildən Azərbayjan Dövlət İqtisad Universitetinin «Ərzaq malları əmtəəşünaslığı və ekspertizası» kafedrasının müəllimi olub.
20.04.2022-ci tarixdən həmin kafedranın baş müəllimi vəzifəsinə keçirilib.
20 dekabr 2012-ci ildən Azərbayjan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda 3309.01 – Qida məhsullarının texnologiyası ixtisası üzrə dissertantdır.
UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimidir.
Ailəlidir, üç övladı var.