Mahir Mehdiyev

Mahir Mehdiyev

رابط Avesis

 Bakı, A.Səhhət, 45 (IV korpus)
+(994) 12 541-56-93; 440-79-85

Mehdiyev Mahir Əliqulu oğlu 15 mart 1959-cu ildə Qazax rayonunun Abbacbəyli kəndində anadan olmuşdur.
1970-ci ildə kənd ibtidai məktəbini, 1974-cü ildə Alpoud kənd 8 illik məktəbini, 1976-cı ildə Qazax şəhər 1 saylı orta məktəbini bitirib.
1976-cı ildə Dnepropetrovsk Dövlət Universitetinin (Ukrayna SSR) Mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1981-ci ildə ali təhsilini tamamlayıb.
1985-ci ildə Ukrayna SSR EA-nın Mexanika İnstitutunun aspiranturasını bitirib.
1980-1981-ci illərdə Dağ-Mədən Maşınlarının Layihələndirilməsi üzrə Ümumittifaq Elmi-tədqiqat İnstitutunun Dnepropetrovsk filialında mühəndis çalışmışdır.
1981-ci ilin noyabrında Azərbaycan SSR EA-nın Riyaziyyat və Mexanika İnstitutuna göndərilmişdir.
1985-ci ilin oktyabr ayında akad. A.N.Quzun rəhbərliyi ilə “Dairəvi deşiklərə və radial çatlara malik nazik cisimlərin lokal dayanıqlığı və dağılması” mövzusunda dissertasiya müdafiə edərək texnila elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.
1990-cı illərin əvvəllərindən pedaqoji sahədə  fəaliyyətə başlamışdır.
1991-1993-cü illərdə Azərbaycan Texnologiya İnstitututmda laboratoriya müdiri və “Tətbiqi riyaziyyat” kafedrasında asisstent vəzifələrində işləmişdir.
1997-2008-ci illərdə Odlar Yurdu Universitetinin “Riyaziyyat və informatika” kafedrasıının müdir müavini vəzifəsində çalışıb.
2005-ci ildən Azərbaycan Dovlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasının dosentidir.
Hazırda “Riyaziyyat və statistika” kafedrasının dosentidir.
45-dən çox elmi əsərin, 2 elmi ixtiranın, 15-dək səmərələşdirici təklifin və 1 dərsliyin müəllifidir.
Ailəlidir, üç övladı var.