Maya  Kərimova  Cavanşir

Maya Kərimova Cavanşir

«Mühəndislik və tətbiqi elmlər» kafedrasının dosenti

رابط Avesis
Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
Kərimova Maya Cavanşir qızı 1965-ci il mayın 1-də Xaçmaz şəhərində anadan olmuşdir.
1982-ci ildə Bakı şəhəri Nəsimi rayonunun 240 saylı orta məktəbini bitirmiş, 1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsinə daxil olmuş, biologiyaşünas, biologiya və kimya müəllimi ixtisası üzrə institutu bitirmişdir.
Əmək fəaliyyətimə «Kooperativ ticarətin iqtisadiyyatı» Ümumittifaq Elmi Tədqiqat İnstitutunun Azərbaycan filialında – «Kənd təsərrüfatı mallarının hazırlanması» şöbəsində baş laborant vəzifəsində başlamış, müxtəlif ali təhsil ocaqlarında ( Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda – 1985, Az. Dövlət Tibb Universitetində 1985- 2001) iş fəaliyyətini davam etdirmişdir.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində assistent, 2002-ci ildən baş müəllim vəzifəsində çalışır.
Həmin ildən «İstehlak mallarının keyfiyyət ekspertizası» kafedrasının dissertantı olmuş,  «Azərbaycan Respublikasında yuyucu vasitələr bazarının tənzimlənməsi problemləri» mövzusunda iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin «Mühəndislik və tətbiqi elmlər» kafedrasının dosentidir.
45-dən çox  elmi əsərin müəllifidir.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

Ailəlidir. İki övladı var.