Mehriban Əliyeva  Şaban

Mehriban Əliyeva Şaban

“Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti

رابط Avesis
 Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98
Əliyeva Mehriban Şaban qızı 12 oktyabr 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1990-ci ildə 
“Azərbaycan Dövlət İqtisad İnstitutunun” “Uçot-İqtisad” fakultəsinin “Mühasibat uçotu və təftiş və nəzarət” ixtisasına qəbul olmuş və 1995-ci ildə  həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir.
1997-2003 cü illərdə o,  Azərbaycan Elmi-Tətqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı və Təşkili institutunda dissertant olmuşdur və 2004-cü ildə dissertasiyasını müdafiə edərək, 2005-ci ildə iqtisad elmləri namizədi elmi adını almışdır.
1995-ci ildən M.Ş.Əliyeva “Mühasibat uçotu”   kafedrasında baş laborant,   2002-ci ildən müəllim, 2006-ci ildən baş müəllim, 2012-ci ildən  dosent vəzifəsində çalışır.
2017-ci ildən UNEC-in Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosenti vəzifəsində çalışır. 
2019-cü ildən UNEC-in “Tətbiqi iqtisadiyyat” kafedrasında “Mühasibat”, “Maliyyə” ixtisasları üzrə proqram rəhbəridir.
M.Ş.Əliyeva 73 elmi əsərin, o cümlədən 1 dərslik, 3 tədris-metodiki vəsaitin, 1 metodik vəsait və 10 tədris proqramının müəllifidir.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI
2020-ci ildə M.Ş.Əliyeva Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə UNEC-in “Fəxri Fərmanı” ilə təltif edilmişdi.
2025-cı ildə M.Ş.Əliyeva Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illiyi münasibətilə yüksəkixtisaslı peşəkar iqtisadçı kadırların hazırlanmasında səmərəlielmi-pedaqojı fəaliyyətinə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfdən “Fəxri Fərman” ilə təltif edilmişdi
Ailəlidir, iki övladı var.