
Sevər Məmmədova Mömin
“Biznesin idarə edilməsi” kafedrasının müdiri
+(994) 12 492-72-11; +(994) 12 492-59-03 (11-58)
sevar_mammadova@unec.edu.az
2017-ci ildən 2018-ci ilə qədər UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosenti olub. İqtisad elmləri namizədidir.
2017-ci ilin martında Erasmus+ mübadilə proqramı çərçivəsində həyata keçirilən layihədə iştirak edib. Polşa Respublikasının Poznan İqtisadiyyat və Biznes Universitetində bakalavr və magistrlərə mühazirə oxuyub.
Marketinq fənnini tədris edən S.Məmmədova Poznan İqtisadiyyat və Biznes Universitetinin xahişi ilə proqrama “Azərbaycan iqtisadiyyatının rəqabətqabliyyətinin əsas vektorlarının inkişafı” və “Azərbaycan Respublikasında biznesin təşkilində mədəni amillərin rolu” mövzularını əlavə edib.
Hazırda “Biznesin idarə edilməsi” kafedrasının müdiridir.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
2017-ci ilin oktyabrında Moskvada keçirilən “Əlilliyi olan gənclərin inklüziv təhsil şəraitində professional oriyentasiyası” mövzusunda II beynəlxalq elmi-praktik konfransda iştirak edib. Konfransda S.Məmmədova UNEC və Moskva Dövlət Humanitar İqtisad Universiteti (MDHİU) arasında imzalanan ikili diplom proqramının əhəmiyyətindən danışıb.