Ülviyyə  Məmmədova

Ülviyyə Məmmədova

رابط Avesis

 Bakı, İstiqlaliyyət, 6
+(994) 070 242 90 10

Məmmədova  Ülviyyə  Zeynəddin qızı 1996-2000-ci illərdə Bakı Dövlət Univer­si­te­tinin “Mexanika-riyaziyyat” fakultəsində bakalavr təhsili almışdır. 2002-2005-ci illərdə Azərbay­can Dövlət İqtisad Universitetin “İqtisadiyyat və idarəetmə” istiqa­məti­nin MBA Proqramı ixtisaslaşması üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.

2001-ci ildən Universitetin “Elmi fəa­liy­yə­tin təş­kili və idarə edilməsi” departamentində çalışır.
Hazırda Elmi fəaliyyətin təş­ki­li şöbəsində böyük mütəxəssis vəzifəsindədir.
2017-2018-ci tədris illərində 5312.01-“Sahə iqtisadiyyatı” üzrə dis­ser­tan­turaya qəbul olmuş­dur. İxtisas peşəsi ilə əlaqədar müxtəlif təlimlərdə iştirak edib və sertfikatlar alıb. Ölkəmizdə və xaricdə məqalələri çap olunub.
UNEC Rektorunun “19 iyun – UNEC günü ilə əlaqədar universitetin tədris, elm və ictimai həyatında fəal iştirak edən əməkdaşların mükafatlandırılması” ilə bağlı imzaladığı Əmrə əsasən 2021-2022-ci tədris ilində Ülviyyə Məmmədova bu mükafata layiq görülmüşdür.