Əsas tədris binası

UNEC-in əsas tədris binası Səbail rayonu İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşir. 

Əsas tədris binası Bakının tarixi memarlıq abidələrindən biri sayılır. Bina 1901–1904-cü illərdə Bakı milyonçusu Musa Nağıyev tərəfindən memar D. D. Buyanovun layihəsi əsasında tikilib. İtaliya inzibati üslubunda inşa olunan monumental binanın quruluşunda simmetrik plandan tamamilə imtina edilib. Ərazinin relyefinə və o dövrdə Nikolayev adlanan (indiki İstiqlaliyyət) küçənin strukturuna uyğun şəkildə tikilən bu bina Bakının memarlıq ansamblının nadir incilərindən hesab olunur. İlk olaraq Bakı Realnı Məktəbi üçün inşa edilən bu klassik üslublu binada müxtəlif illərdə bir neçə dəfə təmir-bərpa işləri aparılıb. Hazırda tədris binası 4 mərtəbəli əsas korpusdan, 3 nömrəli tələbə poliklinikasından, UNEC Extern mərkəzinin yerləşdiyi 2 mərtəbəli binadan və 7/24 fəaliyyət göstərən elektron kitabxananın yerləşdiyi 3 mərtəbəli binadan ibarətdir. Universitet rəhbərliyi və əsas inzibati strukturlar əsas tədris binasında yerləşir.

Fakültələr

  • UNEC Biznes Məktəbi

  • Beynəlxalq İqtisadiyyat Məktəbi

  • Sabah Mərkəzi

  • Maliiyə və Mühasibat

Kafedralar

  • Beynəlxalq İqtisadiyyat və Biznes

  • Maliyyə və Audit

  • Biznesin İdarə Edilməsi

Departamentlər

  • UNEC Rəqəmsal Texnologiyalalar

  • Elmi Fəaliyyətin Təşkili və İdarə Edilməsi

  • Beynəlxalq Əməkdaşlıq

  • Maliyyə və Təminat

  • Xarici Dillər

Mərkəzlər

  • Rəqəmsal Təhsil Mərkəzi

  • Tələbə İşləri Mərkəzi

  • Karyera Mərkəzi

  • UNEC Biznes Mərkəzi

  • UNEC İmtahan Mərkəzi

  • Yaradıcılıq Mərkəzi

  • UNEC Psixoloji Xidmət Mərkəzi

  • Tədrisin Metodiki və Keyfiyyət Təminatı Mərkəzi

  • UNEC Kitabxana İnformasiya Mərkəzi

 

 

5 departament
3 kafedra
7/24 kitabxana
Bloomberg Maliyyə Laboratoriyası
Yunus Sosial Biznes Mərkəzi
Muzey
57 auditoriya
12 şöbə
4 fakültə

Universitetin 1 saylı tədris binası 3 ayrı tikilidən ibarət olmaqla Səbail rayonu İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşir. Tədris və inzibati heyətin yerləşdiyi bina 3 mərtəbə, zirzəmi və mansard olmaqla 14599,6 kv.m., 3 nömrəli tələbə poliklinikasının və UNEC Extern mərkəzinin yerləşdiyi bina 2 mərtəbə və mansard olmaqla 565,1 6 kv.m., 7/24 elektron kitabxananın yerləşdiyi bina isə 3 mərtəbə 

olmaqla 284,4 6 kv.m. faydalı sahədən ibarətdir. Tədris Binasında inzibati və pedaqoji struktur bölmələr üzrə otaqlar 3832 6 kv.m., auditoriyalar 3853 6 kv.m., laboratoriyalar 190 6 kv.m., kitabxana otaqları 598 6 kv.m., yeməkxana 880 6 kv.m., akt zalları 736 6 kv.m. və poliklinika 178,1 6 kv.m., nəşriyyat 187 6 kv.m. təşkil edir.

Bizimlə əlaqə

Ünvan: Bakı, İstiqlaliyyət küçəsi, 6

Telefon

+994 12 492 59 03

E-mail

unec@unec.edu.az