Ekonofizika Tədqiqat Mərkəzi

 

Ekonofizika Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının 28 fevral 2019-cu il tarixli iclasının 164 №-li Qərarı və UNEC rektorunun 14 mart 2019-cu il tarixli 152/3/2019 №-li əmrinə əsasən yaranmışdır.
UNEC rektorunun 13 may 2019-cu il tarixli 315/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik professor, Əməkdar Elm Xadimi Əsgərov Şahlar Qaçay oğluna həvalə edilmişdir.
Ekonofizika Tədqiqat Mərkəzi iqtisadi və sosial-iqtisadi tədqiqatların aparılmasını və elmi tədqiqat işlərində empirik metodlardan istifadə olunmasını təşviq edir, professor-müəllim heyətinə və tələbələrə keyfiyyətli elmi tədqiqatların aparılması və beynəlxalq bazalara çıxış imkanları ilə bağlı dəstək olur, yerli və beynəlxalq əməkdaşlıq çərçivəsində elmi-tədqiqat layihələrini həyata keçirir.
Ətraflı

Mərkəzin üzvləri:

Связаться с нами

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Телефон

(+994) 012-492-57-31

Электронная почта

eftmerkezi@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri