UNEC Koqnitiv iqtisadiyyat mərkəzi 24 noyabr 2017-ci il tarixində yaradılmışdır.
Mərkəzin məqsədi universitetin elmi, tədris və innovasiya potensialını maksimum şəkildə istifadə etməklə koqnitiv iqtisadiyyat sahəsində yeni elmi problemlərin üzə çıxarılması, fundamental elmi nailiyyətlərin təcrübədə və tədris prosesində, universitetlərarası və beynəlxalq əməkdaşlıq, biznes və hökumət strukturları ilə qarşılıqlı əlaqələr qurmaq vasitəsi ilə tətbiq etməkdir.
Mərkəz koqnitiv iqtisadiyyat, davranış iqtisadiyyatı, koqnitiv maliyyə, koqnitiv menecement istiqamətlərində elmi tədqiqat, təhsil, innovasiya, konsaltinq və ekspert fəaliyyəti ilə məşğul olur və, və aşağıdakı vəzifələri yerinə yetirir: koqnitiv iqtisadiyyat, davranış iqtisadiyyatı, koqnitiv maliyyə və koqnitiv menecment sahələrində elmi- tədqiqat layihələrinin həyata keçirilməsi və bunun əsasında daha sonra elmi məqalələrin dərc edilməsi; universitetdə koqnitiv iqtisadiyyat, davranış iqtisadiyyatı, koqnitiv maliyyə və koqnitiv menecment istiqamətlərinin inkişaf etdirilməsi və s.
HƏDƏFİMİZ:
Müasir iqtisadi elmi araşdırmaya, mərkəzin profilinə, universitetin iqtisadi araşdırmasına və ali təhsilinin vəzifələrinin prioritet istiqamətlərinə uyğun olan fundamental elmi və tətbiqi tədqiqatların həyata keçirilməsi
Koqnitiv iqtisadiyyatın elmi məktəbinin formalaşması və inkişafı
Mərkəzin profili üzrə bakalavr, magistr, doktor dərəcələrində təhsil alan tələbələrin və tərcübəcilərin elmi tədqiqatlara cəlb olunması
Mərkəzin profilinə uyğun olan bakalavr və magistr səviyyələrində tədris planlarının hazırlanması
Müəllim və elmi işçilər də daxil olmaqla bu sahədə mütəxəssislərin hazırlığı və olan mütəxəssislərin ixtisaslarının artırılması
Tədris olunan fənlərin metodiki təminatı
Mərkəzin fəaliyyəti çərçivəsində nəzərdə tutulmuş elmi – tədqiqat təcrübəsinin öyrənilməsi üçün lazımı şəraitin yaradılması.
Mərkəzin rəhbəri, i.e.n., dos.
Rəhbər müavini, Auburn Universiteti, Agrobizness ve Eksperimental Iqtisadiyyat uzre Assistant Professor
Portsmouth Universiteti (Birlәşmiş Krallıq) – İqtisadiyyat Fakultәsinin Assistent Professoru
Azrieli Mühəndislik Kolleci Sənaye Mühəndisliyi və İdarəetmə Departamentinin müəllimi (Yerusalim/İzrail)