Amin  Talıbzadə

Amin Talıbzadə

Tələbə Gənclər Təşkilatının sədri

Ссылка Avesis

012-492-66-31
Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, (I Tədris binası)

Ucar rayonu Təzə Şilyan kənd tam orta məktəbin orta təhsilini alıb.
Sonralar təhsilini Hədəf Liseyində və Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə davam etdirib.
2021-2025-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsində "Sənaye mühəndisliyi" ixtisası üzrə bakalavr təhsili alıb.
Hazırda UNEC-də magistratura üzrə təhsil alır.

2021-ci ildən etibarən universitetdaxili və universitetxarici müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
UNEC-in ictimai və mədəni həyatında aktiv iştirak edib, bir çox tədbirlərin təşəbbüskarı və təşkilatçısı olub.
2023-cü ildə UNEC Tələbə Gənclər Təşkilatında sədr müavini olub, sonradan sədr əvəzedicisi və sədr vəzifələrini icra edib.
2024-cü ildən etibarən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında əməkdaş kimi fəaliyyət göstərib və həmin il İdarə Heyətinin üzvü seçilib.
2025-ci ildə TGT sədri seçilib. 

2022, 2023, 2024, 2025-ci illərdə UNEC məzun günlərində göstərdiyi aktivliyə görə təşəkkürnamələr
2023-cü ilin TGT nümayəndəsi
2025-ci ilin TGT sədri
2025-ci ilin fəal tələbəsi
Universitet daxili və beynəlxalq layihələrdə iştirakına və dəstəyinə görə çoxsaylı təşəkkürnamələr