Aydın  Abdullazadə

Aydın Abdullazadə

Ссылка Avesis
 Bakı, İstiqlaliyyət, 6
Telefon: +(994) 070 242 90 10
Aydın Seyfulla oğlu Abdullazadə 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Uçot iqtisad” fakultəsinə daxil olaraq maliyyə-mühasibat ixtisasını bitirmişdir.
1998-ci ildən oxuduğu İqtisad Universetinin nəşriyyat şöbəsində əmək fəaliyyətinə başlamışdır.
Sonralar Elm şöbəsində inspektor vəzifəsində işini davam etdirmişdir.
Hal-hazırda Elmi fəaliyyətin təşkili şöbəsində böyük mütəxəssis vəzifəsində çalışır.

Universitetin demək olar ki, bütün tədbirlərinin işıqlandırılması üçün lazım olan dizaynların hazırlanmasında birbaşa iştirak edir.
Uzun illər Azərbaycan Universal Döyüş Federasiyasında baş katib vəzifəsini icra etmişdir.
2019-cu ildə Avropa Universal Döyüş Federasiyasına Baş katib seçilmişdir.
“B” kateqoriyalı Beynəlxalq dərəcəli Hakim statusuna yiyələnmişdir.
Dəfələrlə həm dövlət, həm Universitet rəhbərliyi tərəfindən çoxlu təşəkkürnamələrə və sertifikatlara layiq görülmüşdür.
Universal döyüş idman növü üzrə Azərbaycan və Bakı birinciliklərinin qalibi olmuş, 2008-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş Universal döyüş idman növü üzrə Beynəlxalq Turnirin gümüş medal mükafatçısı, 2009-cu ildə isə Avropa çempionatının bürünc medal mükafatına layiq görülmüşdür.