Aynur  Cabbarova

Aynur Cabbarova

Ссылка Avesis

Bakı, A.Səhhət, 45 (IV korpus)
+(994) 12 541-56-93; 440-79-85

Cabbarova Aynur İmran 8 sentyabr 1969-cu ildə anadan olmuşdur.
1976-1986-cı illərdə Bakı şəhəri 42 saylı məktəbdə təhsil almışdır.
1986-cı ildə məktəbi əla qiymətlərlə bitirərək, D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun  (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Maliyyə-statistika  fakültəsinə qəbul olunmuş, 1990-ci ildə institutu “Statistika”ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1991-1995-ci illərdə İqtisad Universitetinin əyani aspiranturasinda təhsil almısdır.
12.10.1995-ci ildə gənc mütəxəsis kimi “Statistika” kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir.
7 may 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun birdəfəlik İxtisaslaşdırılmış Şurasında  “Kənd Təsərrüfatı istehsalının səmərəliliyinin iqtisadi-statistik tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
2000-ci ildən kafedrada baş müəllim, 2002-ci ildən “Statistika” kafedrasının dosenti vəzifəsində işləyib.
Hazırda UNEC-in “Riyaziyyat və statistika ” kafedrasının dosentidir.
Ailəlidir, iki övladı  var.