Bağış   Əhmədov Sabir

Bağış Əhmədov Sabir

"Biznesin idarə edilməsi" kafedrasının dosenti

Ссылка Avesis
Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6 (I Tədris binası)
+(994) 12 492-72-11;  +(994) 12 492-59-03 (11-58)
Əhmədov Bağış Sabir oğlu 19 sentyabr 1972-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olmuşdur.
1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirmişdir.
1994-1997-ci illərdə həmin institutun əyani aspirantı olmuş, 2000-ci ildə namizədlik disertasiysını  müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
1998-2000-ci illərdə İqtisad Universitetinin “Sənayenini iqtisadiyyatı” kafedrasının (indiki “Müəssisənin iqtisadiyyatı” kafedrasının) baş laborantı, 2002-ci ildən “Müəssisənin iqtisadiyyatı” kafedrasının baş müəllimi, dosenti vəzifələrində çalışıb.
2004-2009-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir.
2010-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetininin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda çalışır.
2004-2010-cu illərdə Azərbaycanın sosial-inkişaf problemlərinə dair layihələrdə, o cümlədən beynəlxalq təşkilatların maliyyələşdirdiyi və beynəlxalq ekspertlərin iştirak etdiyi layihələrdə koordinator, qrup rəhbəri, ekspert kimi iştirak etmişdir.
Hazırda “Biznesin idarə edolməsinin” kafedrasının dosentidir.
15-dən artıq elmi-metodiki əsərin müəllifidir.