Aslan Əmirli
UNEC Rəqəmsal Könüllülər Təşkilatının sədri
+(994)070-620-33-20
Bakı, Murtaza Muxtarov 194 (III Tədris binası, otaq B28)
17 oktyabr 2007-ci ildə Sumqayıt şəhərində anadan olub.
2013-ci ildə Sumqayıt şəhəri Təfəkkür liseyinin 1-ci sinfinə daxil olub, 2024-cü ildə isə Qubadlı şəhər 4 saylı tam orta məktəbin 11-ci sinfini bitirib.
2024-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisasına, əyani şöbəyə, İngilis bölməsinə qəbul olub.
Hal-hazırda həmin ixtisasın 2-cü kurs zərbəçi tələbəsi olaraq təhsilini davam etdirir.
UNEC-də təhsilinin ilk günlərindən həm fakültə, həm də universitetin sosial-ictimai fəaliyyətində daim aktiv olub.
Elə bu fəallığına görə 2024-cü ilin dekabrında Tələbə Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyətinə seçilib.
Universitet daxilində müxtəlif layihələrdə, tədbirlərin təşkili və koordinasiyasında yaxından iştirak edib.
2025-2026-ci illər ərzində UNEC Abituriyent Sənəd Qəbulu, UNEC abituriyent məsləhət mərkəzi, UNEC Məzun günü və bir çox sosial-ictimai layihələrdə göstərdiyi fəallığa görə Təşəkkürnamə və Sertifikatlarla təltif olunub.
Universitet həyatında məsuliyyətli, təşəbbüskar və komanda ruhunu gücləndirməyə çalışan biri kimi fəaliyyətini davam etdirir.