Esmira Abdullayeva  Canəli

Esmira Abdullayeva Canəli

“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimi

Ссылка Avesis
Bakı, H.Əliyev küçısi, 135 (UNEC II Tədris binası)
492-59-03 (12 18)
Abdullayeva Esmira Canəli qızı 1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş və təhsilini orada Qiymət ixtisası üzrə əyani aspiranturada davam etdirmişdir.
1996-cı ildən gənc mütəxəssis kimi İqtisad Universitetini Sosioloji Elmi tədqiqat laboratoriyasında kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
2000-2001-ci illərdə müsabiqə yolu ilə Elmi-tədqiqat laboratoriyasında elmi işçi;
2001-2005-ci illərdə Sosial-iqtisadi Elmi-tədqiqat laboratoriyasında böyük elmi işçi vəzifələrində çalışmışdır.
2005-2008-ci illərdə Elmi-araşdırma və Konsaltinq Mərkəzində böyük elmi işçi vəzifəsində işləmişdir.
2010-2013-cü illərdə İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda çalışmışdır.
2003-2005-ci illərdə Gender araşdırmalar mərkəzində humanitar və sosial fənlərin tədrisində gender əsaslarının tətbiqi metodologiyası, qloballaşma, iqtisadiyyat və ekologiyada gender modulu üzrə proyektlərdə iştirak etmişdir.
2011-2012-ci illərdə “Azərbaycanda aqrar sektorun inkişafının dövlət tərə­fin­dən sti­mul­laş­diril­ma­sı me­xa­­niz­mi­­nin qiymətləndirilməsi və onun təkmilləşdiril­məsinə dair təklif və tövsiyələrin ha­zır­lan­ma­sı” və “Azərbaycanda davamlı inki­şa­fın təmin edilməsin­də mo­netar və fiskal siya­sət­­­lərin əlaqə­lən­dirilməsi mexaniz­mi­nin qiymətləndirilməsi və onun tək­mil­ləş­diril­mə­sinə dair təklif və tövsiyyələrin ha­zır­­­lan­ma­­sı” layihələrində iştirak etmişdir.
2013-cü ildən «Qiymət və qiymətləndirmə» kafedrasının  müəllimi işliyib.
Hazırda “İctimai idarəetmə və sosial innovasiyalar”  kafedrasının baş müəllimidir.

40-dan artıq elmi əsərin müəllifidir.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

Ailəlidir, iki övladı var.