Kəminə  Cəbrayılova Camaləddin

Kəminə Cəbrayılova Camaləddin

Rəqəmsal təhsil mərkəzinin (“UNEC Extern”) direktoru

Ссылка Avesis
Bakı, İstiqlaliyyət 6 (I Tədris korpusu)
kamina.jabrayilova@unec.edu.az
+(994) 12 492-59-03; 18-46 (daxili: 1123)
07.02.1985-ci ildə Şirvan şəhərində anadan olub.
2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Çoxişlənən malların texnologiyası” ixtisası üzrə bakalavr, 2010-cu ildə isə “Çoxişlənən malların konstruksiya edilməsi” ixtisası üzrə magistratura səviyyəsini bitirmişdir.
2007-ci ildə Bakı Qida Sənayesi Kollecində müəllimə olaraq əmək fəaliyyətinə başlamışdır.
2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris Metodiki Mərkəzin Qeydiyyat bölməsinin tyutoru, 2016-cı ildən Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə Edilməsi Mərkəzinin “Elektron Universitet” şöbəsinin müdiri, 2021-ci ildə UNEC Extern Mərkəzinin tədris üzrə direktor müavini, 2024-cü ildə UNEC Rəqəmsal texnologiyalar departamentinin tədris üzrə direktor müavini, 2025-ci ildən hazırkı dövrədək Rəqəmsal təhsil mərkəzinin (UNEC Extern Mərkəzi) direktoru vəzifəsində çalışmışdır.
UNEC-in “Dizayn” kafedrasının müəllimidir.
2021-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.
Dil bilikləri: rus dili, ingilis dili