
Mehmet Yüce
Prof.Dr.Mehmet Yüce 1973-cü ildə Türkiyənin Ağrı şəhərində anadan olub.
1987-1991-ci illərdə Bursanın Uludağ Universitetində “Maliyyə” ixtisası üzrə bakalavr təhsili, sonra isə Uludağ Universiteti Sosial Elmlər İnstitutunda, eyni ixtisası üzrə magistratura təhsili alıb.
Məzun olduqdan sonra, 1994-cü ildə həmin universitetdə müəllim kimi əmək faaliyyətinə başlayıb. 1998-ci ildə doktorluq akademik dərəcəsi alıb.
2001-ci ildə Türk Dünyası Araşdırmaları Vəqfi, Qırgızıstan İqtisad və Girişimcilik Universitetinin Türk Dünyası İşlətmə Fakültəsində çalışıb. 2005-ci ildə dosent adını alıb.
Prof.Dr.Mehmet Yüce 2006-cı ildən fəaliyyətini Türkiyədə davam etdirib. 2008-ci ildə Uludağ Universitetinin Maliyyə hüququ kafedrasına müdir vəzifəsinə təyin olunub. 2010-cu ildə professor adını alıb. Uludağ Universitetinin İqtisadi və İdari Elmlər fakültəsinin dekanı, Hüquq fakultəsinin dekanı və Uludağ Universitetinin prorektoru vəzifələrində çalışıb.