Mövlan  Hüseynov

Mövlan Hüseynov

UNEC Diplomatiya Təşkilatının sədri

Ссылка Avesis

+(994) 12 497-58-71
Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, (I Tədris binası)

5 dekabr 2006-cı ildə Naxçıvan şəhərində anadan olub.
2013-cü ildə Naxçıvan şəhər M.Seyidov adına 15 saylı məktəbin 1-ci sinifinə başlayıb, orta təhsilini isə 2024-cü ildə Babək rayon Ç.Babayev adına Şəkərabad kənd tam orta məktəbində fərqlənmə attestatı ilə başa vurub.
Həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsinin “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olub.

Universitetə daxil olduğu ilk gündən etibarən müxtəlif universitetdaxili tədbirlərdə, layihələrdə və tələbə təşkilatlarında fəal iştirak edib.
Təşəbbüskarlığı və inkişaf yönümlü fəaliyyəti nəticəsində 2025-ci ilin fevral ayında UNEC Diplomatiya Təşkilatında layihə meneceri vəzifəsinə təyin olunub, sonradan təşkilatın layihə departamentinin sədri vəzifəsinə yüksəlib.
2025-ci ilin mart ayında isə UNEC MUN klubunda layihə meneceri vəzifəsinə təyin edilib.

“V Yüksəliş müsabiqəsi”nin könüllüsü kimi müsabiqə çərçivəsində təşkil olunan imtahanlarda iştirak edərək Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev tərəfindən xüsusi sertifikat və referans məktubu ilə mükafatlandırılıb.
O, həmçinin universitet daxilində keçirilən intellektual və bilik yarışlarında yüksək nəticələr göstərmiş, müxtəlif pillələr üzrə qalib və mükafatçı olmuş, sertifikatlar və hədiyyələrlə təltif edilib.
İş Adamları Cəmiyyəti Milli Assosiasiyasının (ICMA) könüllüsü olduğu müddətdə Yerli Şirkətlərin VI tanıtım sərgisində fəallıq göstərib və ICMA rəhbərliyi tərəfindən xüsusi sertifikatla təltif olunub.

Universitet həyatı ilə yanaşı, ictimai fəaliyyətlərdə və müxtəlif könüllü proqramlarda da aktiv iştirak edib.