
Musa Alməmmədov
Bakı, A.Səhhət, 45 (IV korpus)
Telefon: +(994) 12 541-56-93; 440-79-85
Alməmmədov Musa Səməd oğlu 20 dekabr 1935-ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində kəndli ailəsində anadan olmuşdur.
1945-1955-ci illərdə Söyüdlü kənd orta məktəbində təhsil almışdır.
1955-ci ildə Azərbaycan Dövlət Universitetinin Riyaziyyat fakültəsinə daxil olmuş, 1960-cı ildə bitirmişdir.
1960-1963-cü illərdə Azərbaycan Neft-Kimya institutunun “Ali riyaziyyat” kafedrasında müəllim vəzifəsində işləmişdir.
1963-1966-cı illərdə əyani aspirant olaraq Moskva şəhərində məşhur professor M.A.Naymarkın rəhbərliyi ilə Elmlər Akademiyasının Steklov adına Riyaziyyat-Mexanika İnstitutunda alimlik dərəcəsi almaq üçün elmi iş yazaraq 1967-ci ildə fizika-riyaziyyat elmləri namizədi dərəcəsini almışdır.
1967-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Ali riyaziyyat” kafedrasında baş müəllim, dosent vəzifəsində işləmişdir.
2020-ci ildən “Riyaziyyat və statistika” kafedrasının dosentidir.
20.04.2022-ci tarixdən həmin kafedranın professoru vəzifəsinə keçirilib.
UNEC-in Fəxri professorudur.