
Rauf Məmmədov
Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin müdiri
Rauf Daşdəmir oğlu Məmmədov
Bakalavr təhsili: Bakı Dövlət Universiteti, Jurnalistika
Magistr təhsili: Azərbaycan Dövlət İqtisad Universiteti, Biznesin təşkili və idarəolunması (MBA), Beynəlxalq Biznes ixtisası
Corc Vaşinqton Universiteti “Təhsil siyasəti və idarəetmə”
2018-2023-cü illərdə Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin mütəxəssisi vəzifəsində çalışıb.
2023-cü ildən UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin Layihələrin idarə olunması şöbəsinin müdiri olub.
15.09.2025-ci il tarixindən Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Böyük Britaniyanın “British Council” təşkilatı, Avropa İttifaqının Təhsil və Mədəniyyət üzrə icraçı agentliyi, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə yerli və beynəlxalq ekspertlərlə birgə kiçik, orta və böyük layihələrin hazırlanması və icrasında iştirak edib.
Avropa ittifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ KA2 (Capacity Building in Higher Education) REFRESH, Jean Monnet modul “Digiship” və “EUPMO” layihələrinin koordinatorudur.
15.09.2025-ci il tarixindən Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.