Sədaqət  Bağırova  Məmməd

Sədaqət Bağırova Məmməd

Kitabxanaçı

Ссылка Avesis

 sadagat.bagirova@unec.edu.az
+994 12 492-59-03 (daxili: 1162)
Bakı, İstiqlaliyyət küçəsi, 6 (UNEC-in əsas tədris korpusu)

1957-ci il avqustun 21-də Göyçayda anadan olub.

1974-cü ildə Nərimanov rayonu 82 saylı orta məktəbi;
1977-ci ildə N.K.Krupskaya adına Kitabxanaçılıq texnikumunu bitirib.

Göyçay rayon Mərkəzi kitabxanasında iş fəaliyyətinə başlamış, orada Vahid Kitabxana şöbəsinin müdiri vəzifəsində çalışmışdır,

1980-ci ildən Azərbaycan Respublikası Dəmiryol Həmkarlar İttifaqının Dəmiryol Mərkəzi Kitabxanasında Səyyar kitabxana şöbəsinin müdiri, daha sonra isə Metodika-biblioqrafiya şöbəsinin müdiri vəzifələrində çalışmışdır,

1986-cı ildən Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun kitabxanasında böyük kitabxanaçı vəzifəsində çalışmışdır,

Daha sonra həmin institutun Tədris şöbəsinin baş metodisti vəzifəsində işləmişdir,

2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində UNEC Kitabxana-İnformasiya mərkəzinin kitabxanaçısı (1 saylı oxu zalı) vəzifəsində çalışır.

Əmək veteranıdır.

Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən təşkil olunmuş “Microsoft Office Proqramları” kompüter kursunu müvəffəqiyyətlə bitirdiyinə görə Sertifikat – 01.05.2007-30.06.2007

“Möhtəşəm Yaxşı Məkan...Kitabxana” , “Universitet kitabxanalarının əhəmiyyətini müəyyən edən 3 tendensiya” mövzusunda olan təlimlərdə fəal iştirakına görə Sertifikat  - 20.05.2017

“Yaradıcı lider gənclik” və “Kitab sevməyənlər üçün “Göydən üç alma düşdü” təlimində iştirakına görə Sertifikat – 27.06.2021

“UNEC Günü” ilə əlaqədar universitet həyatında fəal iştirakına görə “Təşəkkürnamə” ilə təltif edilmişdir – 08.06.2022

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Akademik kitabxanalarda kitabxanaçı hüquqları – Biz Hüquqlarımızı bilirikmi?” mövzusunda peşəkar kitabxanaçılar üçün seminarda fəal iştirakına görə Sertifikat – 12.07.2025.