Elmmetrikanın əsas funksiyası alimlərin, universitetlərin, elmi jurnalların və ölkələrin elmi fəaliyyətini ölçmək, qiymətləndirmək
və müqayisəli şəkildə təhlil etməkdən ibarətdir.
Elmmetrikanın əsas məqsədi elmi məhsuldarlığı (məqalə sayı, istinadlar və s.) müəyyənləşdirmək, tədqiqatların elmi təsir gücünü qiymətləndirmək və universitetin strateji hədəflərinə uyğun olaraq təsdiqlənmiş metodoloji çərçivədə mükafatlandırma sisteminin formalaşdırılmasını təmin etməkdir.
Bu istiqamətdə aparılan təhlillər alim və ya elmi qurumun müəyyən dövrdə dərc etdiyi işlərin sayına, həmin işlərə edilən istinadların miqdarına, elmi fəaliyyətin məhsuldarlığına və təsir səviyyəsinə əsaslanır. Həmçinin, xarici həmmüəlliflərlə əməkdaşlıq göstəriciləri və müəyyən sahə üzrə orta istinad səviyyəsi ilə müqayisədə məqalələrin
təsir gücünü müəyyən edən FWCI (Field-Weighted Citation Impact) kimi göstəricilər nəzərə alınmaqla qiymətləndirmələr aparılır. Araşdırma mənbələrinə nüfuzlu elmi nəşr platformaları olan Scopus, Web of Science, analitik informasiya bazaları InCities, SciVal, digər elmi platformalar Google Scholar, Research Gate, Academia.edu, Lens.org və s. daxildir.
UNEC-də yuxarıda qeyd olunan təhlilərin aparılması, alimlərin karyera qiymətləndirilməsi, elmi siyasətin və elmi nəşr göstəricilərinə əsasən universitet və fakültə reytinqlərinin formalaşması Elmmetrika şöbəsi həyata keçirməkdədir.