"Karbohidrogenlərin istehsalı, daşınması və emalında resursa qənaətedən texnologiyalar" Tədqiqat Mərkəzi

 

“Karbohidrogenlərin istehsalı, daşınması və emalında resursa qənaət edən texnologiyalar” UNEC Elmi-Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 21 noyabr 2024-cü il tarixli iclasının 198 №-li Qərarı və UNEC rektorunun 1214/3/2024 №-li əmrinə əsasən yaranmışdır.

UNEC Rektorunun 11.02.2025-ci il tarixli 150/3/2025 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik akad. Baxtizin Ramil Nazif oğluna həvalə edilmişdir.

“Karbohidrogenlərin İstehsalı, Daşınması və Emalında Resursa Qənaət Edən Texnologiyalar” Tədqiqat Mərkəzinin məqsədi ölkə iqtisadiyyatının mühüm sahələrindən biri olan neft sənayesi üçün innovativ elmi-texniki həllər hazırlamaq və bu sahənin qarşılaşdığı çağırışlara elmi yanaşmalar təqdim etməkdir.

Mərkəzin fəaliyyət istiqamətləri arasında aşağıdakı əsas məqsədlər yer alır:

  • Resursların səmərəli istifadəsi: Neft sənayesinin müxtəlif aspektlərində resursların daha səmərəli istifadəsi üçün elmi tədqiqatlar aparmaq.
  • Tədris və hazırlıq fəaliyyəti: Neft sənayesi üzrə hazırlıq kursları, laboratoriya işlərinin aparılması və tədris planlarına daxil edilməsi.
  • Elmi fəaliyyətin inkişafı: Yerli və beynəlxalq müsabiqələrdə iştirak etmək, elmi qrantlar almaq və əldə edilən tədqiqat nəticələrinin yüksək reytinqli beynəlxalq jurnallarda dərc edilməsi.

Mərkəzin üzvləri:

Bize ulaşın

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Telefon

+(994) 12 492-57-31

E-posta

aimerkezi@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri