UNEC Future Club

UNEC Future Club tələbə təşkilatı UNEC-in təhsilalanlarının  ümumi maraqlarına və könüllülük prinsiplərinə əsaslanan təşkilatdır.

UFC tələbə təşkilatının əsas məqsədləri:
• UFC tələbə təşkilatının  əsas məqsədi təhsilalanların İnformasiya Texnologiyaları (İT) sahəsində müasir nəzəri-təcrübi biliklərini inkişaf etdirmələrinə, faydalı təşəbbüslərini reallaşdırmalarına yardım göstərməkdən ibarətdir.
• Bu  istiqamətdə tədbirlərin keçirilməsini təşkil etməkdir.
• İT sahəsində ixtisaslaşmış məşhur beynəlxalq mərkəzlərlə əlaqələr qurmaq, əməkdaşlığa nail olmaq;
İT sahəsində nailiyyət qazanmış, məşhur beynəlxalq kampaniyalarda işə düzəlmiş soydaşlarımız barədə informasiya mübadiləsi yaratmaq, onlarla əlaqələr quraraq təhsilalanların karyera qurmalarına yardım göstərməkdir.

 

UFC tələbə təşkilatına üzvlük, üzvlərin hüquq və vəzifələri:
 UNEC-də  təhsil alan, faydalı təşəbbüsləri olan  hər bir tələbə və magistrant UFC-yə üzv ola bilər;
 UFC tələbə təşkilatına üzvlük  könüllülük  xarakteri daşıyır və üzvlərdən heç bir üzvlük haqqı tələb olunmur;
 UFC tələbə təşkilatına üzvlərin qəbulu İdarəetmə Şurası tərəfindən həyəta keçirilir;
 UFC tələbə təşkilatına üzv olmaq istəyənlər İdarəetmə Şurasına yazılı şəkildə müraciət edir. Müraciətə 10 gün müddətində baxılır və İdarəetmə Şurasının üzvlərinin yarıdan çoxu müsbət münasibətini bildirdikdə üzvlüyə qəbul həyata keçirilir.

Təşkilatın xəbərləri

23 Haziran 2025
UNEC Rektörü: "Üniversitedeki reformların öğrenci topluluğuna iletilmesinde organizasyonların rolü büyüktür."
13 Aralık 2024
UNEC tələbələrinin maraqlı həftəsi: Könüllülük və İnkişaf
18 Mayıs 2023
UNEC-də “Rəqəmsal bacarıqlar” adlı seminar keçirilib

İletişim

Ünvan: Bakı, Murtaza Muxtarov 194 (III Tədris binası), otaq B28

Telefon

+(994) 12 497-58-71

Digər təşkilatlar