Günel  Həmidova

Günel Həmidova

Avesis linki
Bakı, Abbas Səhhət, 45 (UNEC-in IV tədris binası)
+(994) 12 440-79-85; +(994) 12 541-56-93
career.unec@gmail.com
hamidova_gunel@unec.edu.az

Günel Sadiq qızı Həmidova 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2005-ci ildə orta məktəbi bitirmişdir. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Əmtəəşünaslıq” fakültəsinin “İstehlak mallarının keyfiyyət ekspertizası” ixtisas üzrə bakalavr pilləsinə qəbul olmuş, 2009-cu ildə bakalavr təhsilini bitirib, eyni ildə həmin ixtisas üzrə  magistratura təhsil pilləsinə qəbul olmuş  və 2011-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.
2012-ci ildən  Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin idarəedilməsi” kafedrasının dissertantıdır.

2010-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.
Eyni zamanda, 2021-2022-ci tədris ilində Odlar Yurdu universitetində Biznes menecmenti, Biznesin təhlükəsizliyi və İdarəetmə nəzəriyyələri dərsini tədris etmişdir.
UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən keçirilən ”- Soft Skills” təlimlərində iştirak etmiş və sertifikat qazanmışdır.
UNEC-in “Karyera Planlaşdırılması və İnkişafı” kafedrasının müəllimidir.

Yerli və beynəlxalq səviyyəli elmi-akdemik jurnallarda nəşr olunan 10-dan artıq məqalə və tezisin müəllifidir.