İlhamə   Allahverdiyeva Fəxrəddin

İlhamə Allahverdiyeva Fəxrəddin

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimi

Avesis linki
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
Allahverdiyeva İlhamə Fəxrəddin qızı 8 aprel 1978-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur.
1995-cu ildə orta məktəbi bitirdikdən sonra elə həmin ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun Əmtəəşünaslıq fakültəsinin Qeyri ərzaq mallarının əmtəəşünaslığı ixtisasına daxil olmuş, 1999-cu ildə institutun bakalavr təhsil pilləsinin bitirmişdir.
1999-cu ildə həmin fakültənin Magistratura şöbəsinə daxil olmuş və magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2001-ci ildə “Qeyri ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası” kafedrasına böyük laborant kimi işə başlamışdır.
2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının keyfiyyət ekspertizası” kafedrasında assistent, 2004-cü ildən baş müəllim vəzifəsində çalışıb.
Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimidir.
1 dərsliyin, 15 tezis  və elmi məqalənin müəllifidir.
Ailəlidir, iki övladı var.