Məryam  Məmmədəliyeva Xalıq

Məryam Məmmədəliyeva Xalıq

Avesis linki
Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris Binası)
+(994) 12 492-59-03 (13-24)
Məmmədəliyeva Məryam Xalıq 4 sentyabr 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1994-cü ildə Bakı şəhəri 82 saylı orta ümumtəhsil məktəbini bitirmişdir.
1994-cü ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutuna daxil olmuş, 1999-cu ildə  həmin institutun “Qida məhsullarının texnologiyası” istiqaməti üzrə bakalavr, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (həmin ixtisasın) magistr pilləsini  fərqlənmə diplomu ilə bitirmişdir.
1995-ci ildən Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Fizika” kafedrasında laborant kimi əmək fəaliyyətinə başlamışdır.

2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  “Qida məhsullarının texnologiyası” kafedrasında böyük laborant vəzifəsində işləmişdir. 2009-cu ildə tyutor kursunu fərqlənmə sertifikatı ilə bitirib, akademik məsləhətçi vəzifəsində 2021-ci ilə kimi fəaliyyət göstərmişdir.
2004-2014-cü tədris illərində “Qida məhsullarının texnologiyası” kafedrasında saat hesabı ilə dərs aparmışdır.
2021-ci ildən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müəllimidir.

2014-cü ildə AMEA-nın Mikrobiologiya İnstitutunda “Bəzi dənli bitkilərin mikrobioloji cəhətdən qiymətləndirilməsi və onların tərkibindəki  nişastanın enzimoloji konversiyasi”  mövzusunda dissertasiya işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2018-ci ildən AMEA-nın Mikrobiologiya İnstitutunun elmlər doktorluğu proqramı üzrə dissertantıdır.

55 elmi-metodiki əsəri (2 fənn proqramı və 1 laboratoriya praktikumu) dərc edilmişdir. 3 məqaləsi İmpakt Faktor göstərcisi olan “Thomson Reuters” indeksli  jurnalda nəşr olunmuşdur (siyahı əlavə olunur).

05.11.2007-ci ildən YAP-nın Səbail rayon təşkilatının üzvüdür.

Ailəlidir, bir övladı var.