Vüsalə Musayeva   Hacı

Vüsalə Musayeva Hacı

“Mühəndislik və tətbiqi elmlər “ kafedrasının baş müəllimi

Avesis linki
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
vusala.musayeva@unec.edu.az
14 iyun  1975-ci ildə Tərtər  rayonunda anadan olmuşdur.
1992-ci ildə Tərtər rayon 1 saylı orta məktəbi gümüş  medalla bitirmişdir.
1993-1997-ci illərdə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq malları əmtəəşünaslığı” ixtisası üzrə bakalavr, 1997-1999-cu illərdə isə  həmin institutun  eyniadlı ixtisası üzrə magistr səviyyəsində təhsil alaraq  fərqlənmə diplomları ilə bitirmişdir.
1999-cu ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamışdır.
2000-ci ildən saathesabı dərs aparmışdır. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının ekspertizası” kafedrasının assistenti, 2003-cü ildən baş müəllim vəzifəsində çalışmış, 2020-ci ildən  isə “Mühəndislik və tətbiqi elmlər “ kafedrasının  baş müəllimidir.
2014-ci ildən AMEA-nın  Mikrobiologiya İnstitutunun dissertantı  olmuş, dissertasiya  işini müvəffəqiyyətlə müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 noyabr 2022-ci il tarixli qərarı ilə biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  tədrisin keyfiyyətinin yüksəldilməsi, onun təşkili prosesində mövcud problemlərin müəyyən edilməsi üçün “keyfiyyət elçisi” vəzifəsinə seçilmişdi.
2018-ci ildə Unec tərəfindən Türkiyənin Uludağ Universitetinə ezam olunaraq təcrübə mübadiləsində iştirak etmişdi.
Türkiyənin nüfuzlu universitetləri, o cümlədən Yıldız Teknik Universiteti , Qazi Universiteti və UNEC tərəfindən Materiallar  mühəndisliyi ixtisasının fənləri üzrə təşkil olunan 14 təlimdə uğurla iştirak etmişdir. 
Mühəndislik fakültəsinin Elmi Şurasının elmi katibidir.
BMDM-in  060644 “İstehlak mallarının ekspertizası və marketinqi” ixtisası üzrə yaradılmış  magistr dissertasiyalarının müdafiəsi şurasının elmi katibidir.
Mühəndislik fakültəsi üzrə YAP koordinatorudur.
Ölkəmizdə və xaricdə nüfuzlu elmi-praktik jurnallarda dərc edilmiş 60-a yaxın  elmi və metodik əsərin (tezislər, məqalələr, tipik  proqram,  2 dərslik)  müəllif və həmmüəllifidir.
Özünüinkişaf istiqamətində çoxlu sayda təlim, seminar və kurslara qatılaraq  40-a yaxın sertifikat, fəxri fərman və təşəkkürnaməyə layiq görülmüşdü.
UNEC-in 90 illik yubileyi münasibətilə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə  UNEC rektorunun  Fəxri Fərmanı ilə  təltif olunmuşdur.
Ailəlidir, bir övladı var.