“Mühəndislik və Tətbiqi Elmlərin Aktual Problemləri” I beynəlxalq elmi-praktiki konfrans (ICCPEAS 2025) keçiriləcək

27-29 noyabr 2025-ci il tarixlərində Bakı şəhərində keçiriləcək «Mühəndislik və Tətbiqi Elmlərin Aktual Problemləri» I beynəlxalq elmi-praktiki konfrans (ICCPEAS 2025) keçiriləcək.

Konfransın Proqram Komitəsi təqdim olunan məqalələrin həm fundamental, həm də tətbiqi əhəmiyyətinə böyük önəm verir. Konfransın mövzuları mühəndislik və tətbiqi elm sahələrinin geniş spektrini, o cümlədən elektrik və elektronika mühəndisliyi, ekologiya mühəndisliyi, mexanika mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi, kompüter mühəndisliyi, bərpa olunan enerji texnologiyaları və materialşünaslığı bir tədbir çərçivəsində birləşdirmək imkanı yaradır.

Tezislər toplusu və konfrans materialları çap formatında nəşr olunacaq, onların elektron versiyası konfransın rəsmi saytında yerləşdiriləcək. 4-8 səhifəlik tam mətn materiallar konfrans başa çatdıqdan sonra rəsmi websaytda elektron versiyadaya yımlanacaqdır. 

Konfransın Elm Komitəsi tərəfindən seçilmiş məqalələrin müəlliflərinə Scopusda indekslənən UNEC Journal of Engineering and Applied Sciences (www.unec-jeas.com) və Applied Solar Energy (https://link.springer.com/journal/11949) jurnallarında nəşr olunmaq üçün təkliflər  (seçilmiş işlərin müəlliflərinə tam məqalələrin təqdim edilməsi üçün dəvət və təlimatlar) göndəriləcəkdir. 

  • Qeydiyyatın son tarixi: 15 oktyabr 2025
  • Tezislərin təqdim olunması üçün son tarix: 15 oktyabr 2025
  • Tam məqalələrin təqdim olunması üçün son tarix: 10 noyabr 2025
  • Qəbul barədə məlumat: 15 noyabr 2025

ICCPEAS konfransı və təqdimat qaydaları haqqında daha ətraflı məlumat üçün konfransın rəsmi saytına keçid: https://iccpeas.com/.

Konfrans hibrid formatda (ənənəvi və online) təşkil olunacaqdır. Sizin iştirakınızı və qiymətli elmi töhfələrinizi səbirsizliklə gözləyirik. 

ICCPEAS 2025 Konfransının Təşkilat Komitəsi
iccpeas@unec.edu.az

Diğer Etkinlikler

09

Ekim 2025

“EcoMind: Təhsili və Ətraf Mühiti Birlikdə Düşünmək” konfransı keçiriləcək

09

Ekim 2025

Kontrol Teorisi ve Bilişim Problemleri Üzerine 6. Uluslararası Konferans Düzenlenecek

09

Ekim 2025

Doktora Öğrencileri ve Genç Araştırmacıların XXVIII Cumhuriyet Bilim Konferansı Düzenlenecek

18

Haziran 2025

Naxçıvan Dövlət Universitetində I Beynəlxalq Elmi Konfrans keçiriləcək

14

Mayıs 2025

UNEC-də “Enerji səmərəliliyi sahəsində yeni innovativ texnologiyalar və onların tətbiqi effektivliyi” mövzusunda konfrans keçirilə...

09

Ekim 2025

Yassavi adına Qazax-Türk Universitetində beynəlxalq konfrans keçiriləcək

09

Ekim 2025

Qarabağ Universitetinin təşkilatçılığı ilə VI Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransı keçiriləcək

09

Ekim 2025

“Ortaq Gələcək: Sosial-İqtisadi İnnovasiyalar” mövzusnda Beynəlxalq Türk Dünyası İqtisad Konfransı keçiriləcək

09

Ekim 2025

BANM-da Tələbə və Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransları keçiriləcək

09

Ekim 2025

2025-ci il üzrə COMSTECH mükafat proqramı elan olunub

09

Ekim 2025

2025-ci il “UNEC İnklüziv Təhsil İli” elan olunub

23

Aralık 2023

UNEC tələbələrin nəzərinə: BMU-da Karyera Sərgisi keçiriləcək