Sıkça Sorulan Sorular

Tələbəyə UDİD Proqramı üzrə diplom yalnız birinci ixtisasdan məzun olmaq şərti ilə verilir.

Eyni ixtisas qrupuna daxil olan ixtisas seçilibsə 4, fərqli ixtisas qruplarına aid ixtisaslar seçilibsə 5 fənn dinləmək lazımdır.

UDİD ixtisası üzrə əldə edilən diplom müstəqil şəkildə magistratura təhsilini davam etdirməyə və həmin ixtisas üzrə peşə fəaliyyətini qurmağa imkan verir.

Tələbə birinci ixtisas proqramından məzun olana qədər UDİD Proqramının iştirakçısı ola bilər. 

Tələbə öz arsuzu ilə UDİD Proqramından kənarlaşa bilər. Lakin Proqramdan kənarlaşan tələbə yenidən Proqrama bərpa olunmur. 

Minor Proqramından əldə edilən nəticələr təqaüd müsabiqəsinə təqdim edilən ÜOMG-yə daxil edilmir

UDİD Proqramı üzrə akademik borcu yaranan tələbə Yay semestrinə və təkrar imtahanlara qeydiyyatdan keçə bilər. 

Tələbə yalnız birinci ixtisası üzrə təqaüd müsabiqəsində iştirak edə bilər.

UNEC-ə 700 bal toplayaraq qəbul olan tələbələr tam ödənişsiz, UNEC-ə 600-dən yuxarı bal toplayaraq qəbul olan olan tələbələr 50% güzəştlə təhsil ala bilərlər.

UDİD proqramı fənlərinin tədris olunduğu semestrlərin əvvəlində kredit sayına uyğun olaraq ödəniş edilir.

Tələbə UDİD Proqramına təhsilinin üçüncü semestrindən etibarən qoşulur.

Tələbə xarici dil biliyini sübut edən sənədi olarsa və ya universitetdə keçiriləcək xarici dil imtahanından yüksək nəticə əldə edərsə UDİD proqramına özünün tədris dilindən fərqli dildə iştirak edə bilər.

UDİD Proqramının iştirakçısı UNEC tələbəsi olmalıdır.

UDİD və Minor Proqramlarının yalnız birinə qoşulmaq olar. UDİD Pro     qramını hər hansı səbəbdən yarımçıq qoyan tələbə, şərtlər uyğun gələrsə ikinci təhsilini MİNOR Proqramı çərçivəsində davam edə bilər.

Ödəniş, tələbənin UDİD ixtisası üzrə dinlədiyi fənlərin kredit sayına uyğun olaraq həmin ixtisas üzrə bir kredit üçün nəzərdə tutulmuş təhsil haqqına əsasən müəyyənləşdirilir. Proqram üzrə maksimum kredit sayı 60-dır.

Minor fənləri üzrə nəticələr birinci ixtisasın diploma əlavəsində və akademik transkriptində qeyd olunmur. Proqramdan məzun olan tələbələrə Minor Proqramı üzrə akademik transkript verilir. 

Proqrama müraciət tarixinə qədər bakalavr proqramının bütün fənləri üzrə kreditlər qazanılmış olmalıdır və ÜOMG 65-dən yuxarı olmalıdır.

Tələbə bakalavr təhsili müddətində yalnız bir “İxtisas üzrə Minor Təhsil Proqramı”na qeydiyyatdan keçə bilər.

Minor fənlərinin tədris olunduğu semestrlərin əvvəlində kredit sayına uyğun olaraq ödəniş edilir. 

Tələbə iki semestr ardıcıl Minor fənləri üzrə üzrsüz səbəbdən qeydiyyatdan keçmədikdə və birinci ixtisas üzrə ÜOMG-si 60-dan aşagı düşdükdə Proqramdan xaric olunur.

Əsas ixtisas proqramından akademik məzuniyyət götürmüş tələbənin İxtisas üzrə Minor Təhsil Proqramından da akademik məzuniyyətdə hesab olunur və qayıtdıqdan sonra Proqramda iştirakını davam etdirir.

Minor Proqramı üzrə bütün kreditlər UNEC-də qazanılmalıdır.

Əsas ixtisas proqramınından məzun ola bilməyən tələbələrə “İxtisas üzrə Minor Təhsil Proqramı”ını uğurla başa vursalar sertifikatları təqdim olunur.

Minor Proqramında iştirak könüllüdür və bu səbəbdən də imtiyazlar qüvvədə deyil.

Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir

Magistraturaya qəbul prosesi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunur.

  • Qeydiyyat: Yanvar–Fevral aylarında elektron ərizə qəbulu

  • I mərhələ imtahanı: Fevral–Mart

  • II mərhələ imtahanı (ixtisas imtahanı): May–İyun

    Ixtisas seçimi və yerləşdirmə: İyul–Avqust

Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər. 
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

Doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan şəxslər sənəd verə bilər.

UNEC-də Qiyabi təhsil 5 ildir (Əyani təhsil 4 il).

Təkrar ali təhsilə qəbul olmaq üçün imtahan tələb olunmur.  Müraciət etmək istəyənlər portal.edu.az saytında qeydiyyatdan keçərək tələb olunan sənədləri yükləməlidirlər. 

Tələbə təşkilatlarına üzv olmaq üçün:

  • Fakültənizin TGT və ya TEC nümayəndəsinə müraciət etməlisiniz;

  • Rəsmi müraciət forması və ya online qeydiyyat forması doldurmalısınız;

  • Bəzi klublarda üzvlük üçün müsahibə və seçim mərhələsi keçirilə bilər.

Müxtəlif seminarlarda 15-25 (6-8 saat) iştirakçı ola bilər.

Mərkəz öz məqsədlərinə nail olmaq üçün aşağıdakı vəzifələri həyata keçirir: - əlilliyi olan tələbələrin təhsil imkanları və resursları ilə təmin edilməsi; - əlilliyi olan tələbələrin təhsilə motivasiyası və cəlb edilməsi üçün imkanların yaradılması; - əlilliyi olan tələbələr üçün könüllülük əsasında həyata keçirilən təlim kurslarının təşkil edilməsi; - eyni profilli mərkəzlər ilə təcrübə mübadiləsinin həyata keçirilməsi; - cəmiyyətin müxtəlif təbəqələri arasında əlillik barədə maarifləndirmə işinin aparılması. 

Keçiriləcək tədbirlər barədə əvvəldən elan verilir, müraciət etmək üçün qeydiyyat linki paylaşılır

Problemi həll olunana qədər. Bu, bir həftə, hətta bir il də davam edə bilir. Biz adətən həftədə bir dəfə görüş təyin edib, seans keçiririk. Elə problemlər var ki, qısa zamanda həllini tapa bilir, bəziləri üçün isə uzunmüddətli seanslar lazım olur. Uzunmüddətli seanslar davamlılıq tələb edir və belə tələbələrimiz hazırda var.

Qubaya ozel cavab 1

Əsasən onların yaş xüsusiyyəti, mühit dəyişikliyi, sevgi məsələləri, şəxsi keyfiyyətləri ilə bağlı olan problemlərdir.

İmtahan həyəcanını hər birimiz yaşamışıq və bizə tanış hisslərdir.  Tələbələrə birinci tövsiyəmiz odur ki, imtahanlara yaxşı hazırlaşsınlar. Bu zaman həyəcan emosiyaları 90 faiz azalır. Həyəcan əsasən imtahan başlayan zaman, yəni suallarla tanışlıq zamanı yaranır. Bunun da aradan qaldırılması yolları kimi düzgün nəfəsalma, diqqətin başqa şeylərə yönəldilməməsi və s. bu kimi texnikaları tələbələrə öyrədirik.

Təkrar ali təhsilin müddəti adətən:

  • 3 il (əvvəlki ixtisas uyğun olarsa və fənn fərqləri azdırsa)

  • 4 il (tam təhsil proqramı üzrə)

Komanda işi bacarıqları inkişaf edir, liderlik təcrübəsi qazanılır, CV üçün üstünlük yaradır, təlimlər və tədbirlərdə iştirak imkanı verilir.

Təkliflərimiz: Seminarlar, Təlimlər, Kurslar, Tədbirlər, Mentorluq təlimi, Xüsusi xidmətlər 

Doktorantura və dissertanturaya qəbul zamanı yalnız xarici dil üzrə qəbul imtahanı AR Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

Karyera Yarmarkası ildə 2 dəfə təşkil olunur

İmtahanda bakalavrlara mәntiqi tәfәkkürün yoxlanılması üçün 50 (o cümlәdәn açıq tipli 5), İnformatika üzrә 25 (o cümlәdәn açıq tipli 5) test tapşırığı, Xarici dil üzrә isә 20 (o cümlәdәn açıq tipli 2) test tapşırığı vә yazı işi (esse) yerinә yetirmәk üçün mövzu təqdim olunur. 

Mərkəz UNEC-in əsas (327), II (306), IV (506) tədris binalarında fəaliyyət göstərir. Qəbula 050-801-12-59 nömrəsinə zəng edərək yazılmaq mümkündür. Qəbul, eləcə də qəbula yazılmaq I-V günlər, saat 09:00-17:30-a dəkdir.

Qiyabi təhsil almaq üçün  qəbul imtahanlarında müəyyən balı topladıqdan sonra, ixtisas seçimi zamanı qiyabi təhsil formasını qeyd etmək lazımdır.

Xeyr, bu təşkilatlarda iştirak könüllüdür, lakin şəxsi inkişaf və aktiv tələbə həyatı üçün tövsiyə olunur.

Xarici dil üzrə qəbul imtahanında keçid balı (25 bal) toplamış namizədlər fəlsəfə və sonra ixtisas fənnindən imtahana buraxılırlar.

Azərbaycanda İnkluziv təhsil layihəsinin icrasına 2005-ci ildən start verilmişdir. Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli, 20 nömrəli qərarına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) insanların təhsili”nin təşkili üzrə inkişaf proqramı təsdiq edilmişdir.

İmtahan suallarının cavablandırılmasına 3 saat 30 dəqiqə vaxt ayrılır. 

UNEC-də təşkil edilən Karyera Yarmarkasına UNEC məzunları, magistrləri müraciət edə bilərlər

Qiyabi şöbədə tədris müddəti  hər semestr üçün 1 aydır. Tələbələr qış və yaz sessiyası olaraq ildə iki dəfə imtahan verirlər.

Təlimlər, seminarlar, sosial layihələr, xeyriyyə aksiyaları, debatlar, idman turnirləri, intellektual oyunlar, ekskursiyalar və s.

UNEC-in Zaqatala Filialında 1 fakültə - “İqtisadiyyat və menecment” departamenti fəaliyyət göstərir.

Bəli. Təkrar ali təhsil almaq üçün namizədin əvvəlki ali təhsilini bitirmiş (bakalavr və ya magistr) olması vacibdir. Yəni diplomu olmalıdır.

Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır.

Magistraturaya qəbul imtahanında әldә oluna bilәn maksimal nәticә 100 baldır. 

İnkluziv təhsil — ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün gənclərin müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesi. Bu, sağlamlıq imkanları məhdud gənclərin təhsilə cəlb olunmasını da təmin edir.

İnkluziv təhsil gənclərin müstəqil bir fərd olduğunu və təhsil zamanı onların hər birinin öz ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə yönəlib. İnkluziv təhsil tədris zamanı müxtəlif ehtiyacların ödənilməsinə yönəlmiş yanaşmaların formalaşdırılmasına çalışır.

İnkluziv təhsil istər sağlam, istərsə də əlilliyi olan gənclərin bərabər təhsil alma hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlilliyi olan gəclərin təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur.

Fərdi şəkildə görüşdən sonra fərdi seanslar təyin edilir və lazım olduqda seanslar qrup şəklində də təşkil olunur. Bir seansın müddəti 50 dəqiqədir.

Bəli, tələbə bir neçə təşkilatda iştirak edə bilər.

Qəbul elektron formada həyata keçirilir. Əcnəbi abituriyentlər portal.edu.az saytı vasitəsilə ixtisas və tədris dili seçimini edərək tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təhsil alma hüququnu qazanırlar.

Təəssüf ki, belə hallar olur. Həmin şəxslərin intihar həddinə gəlib çatmaması üçün onlarla fərdi seansların keçirilməsi çox önəmlidir. Stres yaşayan, depressiyaya düşən, ailə problemləri ilə qarşılaşan gənclər çox zaman bu problemlərlə təkbaşına mübarizə apara bilmirlər. Problemlərini ətrafındakı insanlara, yaxınlarına danışmaqdan çəkinirlər. O baxımdan psixoloji mərkəzlər həmin şəxslərə professional dəstək göstərə bilirlər. 

UNEC-də tədris 4 dildə: azərbaycan, ingilis, rus və türk dillərində aparılır.

  • Əyani forma: 4 il

  • Qiyabi forma: 5 il

Fəaliyyətə başladığımz dövrdən bu günə qədər mərkəzimizdə 2015-dən çox seans keçirmişik.

Bəli, aktiv tələbələr UNEC-in təşəkkürnaməsi, sertifikatları ilə təltif olunur, xüsusi tədbirlərə dəvət olunurlard

Tələbələr daha çoxdur. Lakin bu ildən əməkdaşların da sayı çoxalıb. Biz üç prinsip əsasında işləyirik: könüllülük, ödənişsizlik və məxfiliyin qorunması.

UNEC-də təhsil alan bakalavr, magistr, doktorantlar, müəllimlər və əməkdaşlar, bir sözlə, UNEC-də təmsil olunan hər kəs xidmətimizdən yararlana bilərlər.

Ölkəyə təhsil vizası ilə gəlmək mütləqdir. Çunki, Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi prosesində çətinliklərlə üzləşə bilər.

Hal-hazırda UNEC-də tələbə yataqxanası fəaliyyət göstərmir.

Ümumilikdə, Bakı şəhərində həm xarici, həm də yerli tələbələr üçün uyğun qiymətə icarəyə mənzillər, tələbə yataqxanaları mövcuddur. Bakı şəhərində icarə mənzillərin qiyməti yerləşdiyi rayondan asılı olaraq dəyişir. Qeyd olunan məsələ ilə bağlı Beynəlxalq Əməkdaşlıq Departamenti Sizə yardım göstərə bilər.