Rəqəmsal təhsil mərkəzi (“UNEC Extern”)

Mərkəzin müasir tələblərə cavab verən studiyalarının hər birindən eyni anda 1000 tələbəyə təhsil vermək imkanı mövcuddur.

Mərkəzin dizaynı distant təhsil sisteminə uyğun qurulub. Onlayn tədrisin aparılacağı studiyalarda elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kamera və səs avadanlıqları quraşdırılıb. İstifadə olunan proqram təminatında da tələbə və müəllimlərin rahatlığı tam nəzərə alınıb. Tələbələrin qeydiyyatının, davamiyyətinin, qiymətlən­dirilməsinin və attestasiyasının elektron universitet modeli olan “EDUMAN” proqramı tərəfindən aparılır. Distant təhsilə həm ölkə ərazisindən, həm də xaricdən tələbələr qoşula bilərlər. 
Studiyalardakı bütün tədris prosesi xüsusi kameralar vasitəsilə çəkilir ki, bu da sonradan tələbələrə istədikləri dərsə yenidən baxmağa imkan verir. Tələbələr istənilən vaxt hər hansı bir dərsi yenidən dinləmək və ya izləmək imkanı qazanırlar. UNEC-in “Elektron universitet” sistemi və UNEC Exten Tədris mərkəzində yaradılmış müasir standartlara uyğun infrastruktur, distant təhsilin tam əyanidəki kimi aparılmasına imkan verir.

Dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan mərkəzdə 6 tədris studiyası (auditoriya), 12 inzibati və 1 müzakirə otağı var. 

Tərtibatı və təchizatı ən müasir tələblərə cavab verən bu studiyaların hər birindən eyni anda 1000 tələbəyə yüksək ixtisaslı müəllimlər tərəfindən təhsil vermək imkanı mövcuddur. Hazırkı infrastruktur bu göstəricini artırmağa, 3 və ya 4 növbəli təhsil vermək imkanlarına malikdir.

Əməkdaşlar