UNEC Rəqəmsal Könüllülər Təşkilatı

“Rəqəmsal Könüllülər” Təşkilatı rəqəmsal bacarıqları olan tələbələrin üzvlüyü əsasında Azərbaycan Dövlət İqtisad Universitetində yaradılan təşkilatdır.

Təşkilatın məqsəd və vəzifələri
• Təşkilatın yaradılmasında əsas məqsəd tələbələrin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsini, universitetin professor-müəllim, tələbə heyətinə və əməkdaşlarına texniki dəstəyin göstərilməsini təmin etməkdən, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən və tələbələrdə ilkin əmək vərdişlərinin formalaşması ilə bağlı tədbirlərin sistemli şəkildə həyata keçirilməsinə köməklik etməkdən ibarətdir;
 “Rəqəmsal Könüllülər” Təşkilatına UNEC tələbələri üzv olmaqla texniki sahələrdə könüllü fəaliyyətin iştirakçısı ola bilər;
 Təşkilatın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünüidarəetmə prinsipləri əsasında qurulur;
 Təşkilat öz fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin müvafiq qərar, əmr, sərəncamlarını, universitetin Nizamnaməsini və bu Əsasnaməni rəhbər tutur;



 
Təşkilat hüquqi şəxs statusuna malik deyil;
 Təşkilatın öz loqosu və üzərində bu loqonun əksi olan blankı, habelə bayrağı ola bilər;
 Tələbələrin rəqəmsal bacarıqlarını inkişaf etdirmək;
 Universtetin professor-müəllim, tələbə heyətinə və əməkdaşlarına texniki dəstəyin  göstərilməsini təmin etmək;
 UNEC-in professor-müəllim və tələbələri üçün rəqəmsal texnologiyalar sahəsində maarifləndirici dəstəyin göstərilməsini təmin etmək;
Professor-müəllim heyətinin sosial media hesablarından effektiv istifadəsinə dair dəstəyin göstərilməsini təmin etmək;
 Tələbələrdə ilkin əmək vərdişlərinin formalaşdırılması istiqamətində sistemli iş aparılması.

Təşkilatın xəbərləri

23 六月 2025
UNEC校长:“组织在将大学改革传达给学生社区方面发挥着重要作用。”
09 五月 2025
UNEC-də “Zəka və Liderlik:Heydər Əliyevin Yolunda” adlı intellektual yarış keçirilib
15 一月 2025
UNEC tələbələri “Biz Ümummilli Lider Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbin məzunu olublar

联系方式

Ünvan: Bakı, Murtaza Muxtarov 194, (III Tədris binası), otaq B28

电话

+(994)070-620-33-20

Digər təşkilatlar