Aysel Qaragözova

Aysel Qaragözova

Avesis链接
Bakı, Abbas Səhhət, 45 (UNEC-in IV tədris binası)
+(994) 12 440-79-85; +(994) 12 541-56-93
career.unec@gmail.com
Aysel Mənsur qızı Qaragözova 29.03.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya İqtisadiyyatı ixtisası üzrə bakalavr təhsili (fərqlənmə diplomu), 2012-2015-ci illərdə magistr təhsili (fərqlənmə diplomu) almışdır.
2016-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantıdır. (“iqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcə üzrə – elmi iş mövzusu: “Azərbaycan iqtisadiyyatının regional və sahəvi klasterləşdirilməsi”).
2019-2021-ci illər Bakı Dövlət Universiteti “Dünya İqtisadiyyatı” kafedrasında müəllimə kimi fəaliyyət göstərmiş, “ABŞ iqtisadiyyatı”, “Qafqaz iqtisadiyyatı” fənləri üzrə tədris aparmışdır.
2022-ci il noyabr ayından 2024-cü il sentyabr ayına kimi UNEC İnklüziv Təhsil Mərkəzində mütəxəssis olaraq çalışmışdır.
Hard skills, Soft skills, Karyera planlaması fənnlərini tədrisini edir.
2024-cü il yanvar ayından etibarən “Karyera Planlaşdırılması və İnkişafı kafedrası”nın müəllimi kimi fəaliyyət göstərir.

4 elmi əsəri var.

Ailəlidir, iki övladı var.