Aysu Novruzlu

Aysu Novruzlu

Türk Dünyası Gənclər Təşkilatının sədri

Avesis链接

aysoonvrz7@gmail.com
+(994)050-838-20-07
Bakı, İstiqlaliyyət 6, (I Tədris binası)

7 noyabr 2007-ci ildə Bakı şəhərində anadan olub.
Orta təhsilini 23 nömrəli tam orta məktəbdə yüksək nəticələrlə bitirərək qırmızı attestata layiq görülüb.
Paralel olaraq, 2 nömrəli Uşaq Musiqi Məktəbini fortepiano ixtisası üzrə əla qiymətlərlə başa vurub.
2024-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Ticarət və Logistika fakültəsinə qəbul olub və hazırda həmin ixtisas üzrə 2-ci kurs tələbəsi olaraq təhsilini davam etdirir. 

UNEC-də təhsiliin ilk dövrlərindən sosial və ictimai fəaliyyətlərdə fəallıq göstərib.
Bir müddət Tələbə Həmkarlar İttifaqı Komitəsinin Xüsusi İstedadlar Departamentinin sədri vəzifəsində fəaliyyət göstərib.
Hal-hazırda UNEC Türk Dünyası Gənclər Təşkilatının (TDGT) sədri kimi fəaliyyət göstərir.
Tələbələrin sosial aktivliyinin artırılması, türk dünyası gəncləri arasında həmrəyliyin gücləndirilməsi və mədəni dəyərlərin təbliği istiqamətində layihələrin təşkilində iştirak edib.
Fəaliyyəti müddətində müxtəlif könüllülük proqramlarında iştirak edib. Baku City Circuit (BCC) tərəfindən təşkil olunan tədbirlərdə, o cümlədən Formula 1, Qaçış marafonu, Azərbaycan-Fransa milli oyunuyarışlarında könüllü kimi fəaliyyət göstərib. Bundan əlavə, Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşkil etdiyi layihələrdə - Velosiped yürüşü və digər kütləvi tədbirlərdə könüllü kimi iştirak edib.

 

İdman sahəsində jiu-jitsu və basketbol üzrə bir neçə yarışda I, II və III yerlərə layiq görülüb.
Musiqi və vokal sahəsində də müxtəlif müsabiqə və tədbirlərdə iştirak edib.