Azər   Məmmədov  İsmayıl

Azər Məmmədov İsmayıl

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti

Avesis链接
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
 Məmmədov Azər İsmayıl oğlu 1974-cü il aprelin 1-də Bakı şəhərində anadan olmuşdur.
1991-ci ildə M.Ə.Rəsulzadə qəsəbəsindəki 99 saylı orta məktəbi, 1997-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini bitirmişdir.
1998-ci ildən Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında baş laborant, 1999-ci ildən həmin kafedrada assistent, 2003-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında baş müəllim vəzifələrində çalışıb.
2005-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının ekspertizası” kafedrasında baş müəllimidi olub.
20.04.2022-ci il tarixdən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti vəzifəsinə keçirilib.
2 dərslik, 6 proqram, 4 metodiki vəsait, 10 elmi məqalə və 30-dan çox tezisin müəllifidir.
1 elmi-texniki qurğunun ixtiraçısıdır. İxtirası ilə bağlı biri Rusiya Federasiyasında olmaqla iki patentin müəllifidir.
Dissertasiya mövzusu ilə əlaqədar olaraq biri xaricdə olmaqla ümumilikdə 7 məqaləsi çap olunmuşdur.
2014-cü ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Elmi-Tədqiqat “Aqromexanika” institutunun dissertantıdır. “Qarğıdalı qişasının toxumluq dən almaq üçün işlənmə texnologiyasi və qurğusunun təkmilləşdirilməsi” mövzusunda dissertasiya işini yerinə yetirir. 
Ailəlidir, iki övladı var.