Gülnarə Şıxlinskaya

Gülnarə Şıxlinskaya

Avesis链接

Bakı, A.Səhhət, 45 (IV korpus)
+(994) 12 541-56-93; 440-79-85

Şıxlinskaya Gülnarə Teymur qızı 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1977-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1982-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib Azərbaycan Elmlər Akademiyası (hazırda AMEA) Kibernetika İnstitutunda işə başlamışdır.
Müxtəlif illərdə mühəndis, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır.
1988-ci ildə Azərbaycan Dövlət Universitetinin İxtisaslaşdırılmış Müdafiə Şurasında namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
1995-ci ildən Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Ali riyaziyyat” kafedrasında  baş müəllim, dosent vəzifələrində işləmişdir.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasının dosentidir.
Hazırda UNEC -in “Riyaziyyat və statistika” kafedrasının dosentidir.

 

34 elmi-metodik əsərin, o cümlədən metodik göstəriş, fənn üzrə proqram, elmi məqalə və tezislərin müəllifidir.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI
ELMİ ƏSƏRLƏR (hiperlinkli əlavələr)

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim”  fəxri adına layiq görülmüşdür.