Gülnaz  Həsənova  Gülağa

Gülnaz Həsənova Gülağa

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimi

Avesis链接
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
Həsənova Gülnaz Gülağa qızı 3 fevral 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur.
1976-cı ildə Bakı şəhəri 12 saylı orta məktəbi bitirmişdir.
1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuş, 1982-ci ildə  Ərzaq malları əmtəəşünaslığı və ticarətinin təşkili ixtisası üzrə bitirimişdir.
1981-1987-ci illərdə İctimai-İaşə Birliyində mühasib işləmişdir. 
1994-cü ildən isə Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunun «Ərzaq malları əmtəəşünaslığı» kafedrasında laborant, 1995-ci ildən həmin kafedrada müəllim vəzifələrində çalışmışdır.
2001-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «İstehlak mallarının keyfiyyət ekspertizası» kafedrasında baş müəllim işləmişdir.
2010-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «İstehlak mallarının ekspertizası» kafedrasının baş müəllimi olub.
Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimidir.
Ailəlidir, bir övladı var.