
Lalə Məmmədova
lala.mammadova@unec.edu.az
+(994) 012 492 59 03 (13-21)
10.10.1972-ci il Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində anadan olub.
1989-cü ildə Bakı şəhəri, Nəsimi rayonu 174 saylı orta məktəbi bitirib.
1989-1994-cü illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetin “Bədii qrafika” fakültəsini bitirib.2013-cü ildə “Orta əsr Azərbaycan miniatür rəssamlarının yaradıcılığında rəsm” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir və 03.03.2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. (diplom FD№08684, 03 mart 2014-cü il, protokol №06-k).
22 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası (protokol № 14 - k) Dizayn kafedrası üzrə Dosent elmi adı verilmişdir. Diplom - DS №06888, (050321) – Dizayn
1994-1999-cu illərdə H.Aslanov adına 175 saylı orta məktəbdə “Təsviri sənət” fənni üzrə müəllim vəzifəsində çalışıb.
1999-2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Dizayn” kafedrasında assistent, 2000-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universiteti “Dizayn” kafedrasında baş müəllim vəzifəsində çalışıb.
15.09.2014-cü ildən həmin kafedrada müdir əvəzi, 21.04.2016-cı ildən müdir vəzifəsində çalışıb.
UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli online iclasının EŞ 172 №-li və 14 sentyabr 2020-ci il tarixli online iclasının EŞ 173 №-li qərarlarının icrasını təmin etmək məqsədilə 19.10.2020-ci il tarixindən ləğv edilmiş “Dizayn” kafedrasının bazasında yaradılmış UNEC Dizayn məktəbinin direktoru vəzifəsində çalışır.
Elmi-pedaqoji stajı 26 ildir, 100-dan artıq elmi əsərin, o cümlədən 2 dərslik, 11 tədris proqramın müəllifidir.
AKADEMİK PROFİLLƏR
Google Scholar
Research Gate
ORCID
Publons
TƏDQİQAT SAHƏLƏRİ
- Dizayn (sahələr üzrə)
- Moda industriyası
- Təsviri sənət
- Dekorativ-tədbiqi sənət
ELMİ ƏSƏRLƏRİN SİYAHISI
2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Qabaqcıl Təhsil İşçisi Döş Nişanı” ilə təltif olunub.
08.07.2025-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən yüksək ixtisaslı peşəkar iqtisadçı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə və Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illiyi münasibətilə “ Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.
Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.