
Mehriban Yusifova Rauf
"Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir
+(994) 12 492-59-03 (13-24)
Yusifova Mehriban Rauf qızı 17 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1984-1994-cü illərdə 225 saylı orta məktəbdə oxumuşdur.
1994-cü ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutuna daxil olmuş, 1999-cu ildə həmin institutun “Qida məhsullarının texnologiyası” istiqaməti üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə, 2001-ci ildə Azərbaycan Dövlət iqtisad Universitetinin (həmin ixtisasın) magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
1997-1999-cu illərdə “Qida məhsullarının texnologiyası” kafedrasında çalışmışdır.
1999-2001-ci illərdə Yimpaş-Babatürk LTD şirkətində laboratoriya müdiri vəzifəsində işləmişdir. 2001-ci ildən yenidən “Qida məhsullarının texnologiyası” kafedrasında çalışmağa başlamışdır. 2014-cü ildə AMEA-nın Mikrobiologiya İnstitutunda “Qida təyinatlı müxtəlif materialların mikrobiotası və onların tullantılarının biokonversiyası” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2011-ci ildən kafedrada saat hesabı dərs aparıb, 2020-ci ilə kimi həmin kafedranın müəllimi, 2020-ci ildən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimi vəzifəsində çalışıb.
20.04.2022-ci il tarixdən həmin kafedranın dosenti vəzifəsinə keçirilib. 2022/2023-cü ildə UNEC-də “SOFT SKİLLS” təlimlərində iştirak etmiş və fərqlənmə sertifikatı qazanmışdır.
Hazırda "Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.
180-dən artıq elmi-metodiki əsərin müəllifidir. Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda tezis və məqalələri çap olunmuşdur. İmpakt Faktor göstərcisi olan Scopus və “Thomson Reuters” indeksli jurnallarda bir sıra əsəsrləri nəşr olunmuşdur. 2 dərslik, 7 dərs vəsaiti, 2 metodik vəsait və 15 fənn proqramı nəşr olunub. UNEC-də 2016/2017-ci tədris ilinin diferensial əməkhaqqı sisteminin reytinq cədvəlində (ilk yüzlükdə) 32-ci yeri, 2022/2023-cü tədris ilində 22-ci yeri, tutmuşdur.
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
Ailəlidir, iki övladı var.