Nigar Aşurbəyli-Hüseynova Pirverdi

Nigar Aşurbəyli-Hüseynova Pirverdi

“Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti

Avesis链接
Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98
Nigar Pirverdi  qızı Aşurbəyli-Hüseynova  1977-ci ildə  Bakı şəhərində anadan olub.
1999 –cu ildə bakalavr səviyyəsini, 2006-cı ildə isə Azərbaycan  Dövlət İqtisad Universitetinin  “Maliyyə” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2014-cü ildə “Valyuta tənzimlənməsinin  makroiqtisadi sabitliyin təmin olunmasında rolu” mövzusunda dissertasiya işini müdafiyə edərək, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2019-cu ildən «Daxili fiskal siyasət və dövlət maliyyəsi» mövzusunda UNEC-də iqtisad elmləri doktoru elmi dərəcəsi proqramı üzrə  doktorluq dissertasiyası üzərində çalışır.
Əmək fəaliyyətinə 1998 ci ildən başlamışdır. Pedaqoji fəaliyyətə  2013-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank işi” kafedrasında başlamışdır. 2016-cı ildə kafedranın adının dəyişməsi ilə əlaqədar  “Maliyyə və  maliyyə institutları” kafedrasının müəllimi, , 2019-cu ildən “İqtisadiyyat” kafedrasının baş müəllimi və 2022ci ildən hal-hazıradək “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti vəzifəsində çalışır.      
N.P.Aşurbəyli-Hüseynova 50 elmi və tədris-metodiki məqalənin müəllifidir.  SCOPUS,  Web of Science sistemində indeksləşən və digər beynəlxalq nüfuzlu elmi jurnallarda 11 məqaləsi nəşr olunub. Beynəlxalq konfranslarda məruzələrlə çıxış edir. Scopus bazasında son 5 ildə  Hirş indeksi =1-3 səviyyəsindədir.
Onun həmmüəllifliyi ilə  3 tədris proqramı ( rus və azərbaycan dilində), 1 tədris-metodiki vəsait (rus və azərb. dillərində), 1dərslik və 1 monoqrafiya  hazırlanmışdır. “Maliyyə risklərinin idarə edilməsi” adlı dərs vəsaitinin müəllifidir. Mütəmadi olaraq, magistr dissertasiyalarına   elmi rəhbərlik edir. Hal-hazırda  fəlsəfə doktoru proqramı üzrə 2 doktorantı var.
Uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətini  nəzərə alaraq  UNEC rektoru prof. Ə.C.Muradov tərəfindən 15.10.2018- ci il tarixli 899/3/2018 saylı ƏMRə əsasən  təşəkkürnamə ilə təltif edilib.
Yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə və UNEC – ın yaradılmasının 95 illik yubileyi münasibətilə  498/3/2025 il  saylı 18.06.2025 tarixli Əmrə əsasən FƏXRİ  FƏRMANla təltif edilib.
Ailəlidir. 2 evladı var