Qənirə Cabbarova  Zərgər

Qənirə Cabbarova Zərgər

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimi

Avesis链接
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
Cabbarova Qənirə Zərgər qızı 20 may 1977-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur.
1994-cü ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra elə həmin ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı” ixtisasına daxil olmuşdur.
1999-cu ildə həmin institutun bakalavr təhsil pilləsini, 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında laboratoriya müdiri kimi işə başlamışdır.
İşlədiyi müddət ərzində saathesabı dərslər aparmışdır.
2008-ci ildə həmin kafedraya müəllim vəzifəsinə, 2014-cü ildə isə baş müəllim vəzifəsinə seçilmişdir.
2015-ci ildən AzTU-nun dissertantıdır.
Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimidir.
36 elmi əsərin (22 tezis, 5 məqalə, 1 metodik göstəriş,4  tipik proqram, 2 dərs vəsaiti, 2 dərslik) müəllifidir.
Ailəlidir, bir övladı var.