
Rövşən Göyüşov Cahandar
"Mühəndislik və tətbiqi elmlər" kafedrasının məsləhətçi-professoru
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
r.goyushov@unec.edu.az
+(994) 12 492-59-03 (13-24)
r.goyushov@unec.edu.az
Göyüşov Rövşən Cahandar oğlu 1944-cü ildə Qazax rayonunda anadan olmuşdur.
1968-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir.
1976-cı ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
1984-cü ildə dosent, 1993-cü ildən isə professor elmi adına layiq görülmüşdür.
1968-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir.
1976-cı ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
1984-cü ildə dosent, 1993-cü ildən isə professor elmi adına layiq görülmüşdür.
Müxtəlif illərdə Azərbaycan Texnologiya İnstitutunda dekan və prorektor vəzifələrində, 1998-2000-ci illərdə Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutunda tədris işləri üzrə prorektor və kafedra müdiri, 2000-2016-cı illərdə UNEC-in Dərbənd filialının direktoru vəzifəsində işləyib.
06.01.2017-ci ildən 16.11.2020-ci ilə kimi rektorun filiallar üzrə məsləhətçisi vəzifəsinə işləmişdir.
Hazırda "Mühəndislik və tətbiqi elmlər" kafedrasının məsləhətçi-professorudur.
06.01.2017-ci ildən 16.11.2020-ci ilə kimi rektorun filiallar üzrə məsləhətçisi vəzifəsinə işləmişdir.
Hazırda "Mühəndislik və tətbiqi elmlər" kafedrasının məsləhətçi-professorudur.
60-dan çox elmi məqalənin, 1 dərslik, 2 dərs vəsaiti, 3 müəlliflik şəhadətnaməsinin müəllifidir.
İqtisad Universitetinin 85 illik yubileyi münasibəti ilə təhsilin səviyyəsinin qaldırılması, dünya standartlarına və dünya elminə uğurla inteqrasiya olunması, həmçinin universitetdə təhsil alan gənc nəsli yüksək ixtisaslı mütəxəssis kimi yetişmələri ilə yanaşı onların Vətən, millət, dövlət sevgisini əməllərində təcəssüm etdirən bir ziyalı, bir insan kimi formalaşması sahəsində göstərdikləri fəaliyyətinə görə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.