Rövşən  Quliyev

Rövşən Quliyev

Avesis链接
 Bakı, İstiqlaliyyət küçəsi, 6 (I korpus)
+(994) 12 492-72-11;  +(994) 12 492-59-03 (11-58)
Rövşən Quliyev Rasim oğlu 1957-ci il fevralın 14-də Ağdam şəhərində anadan olmuşdur.
1963-cü ildə Ağdam şəhər 1 saylı məktəbdə orta təhsilə başlamışdır.
1964-cü ildən Bakı şəhər 190 saylı məktəbdə təhsilini davam etdirmiş, 1973-cü ildə həmin məktəbdə orta təhsilini başa vurmuşdur.
1973-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin fakültəni qırmızı diplomla bitirmişdir.
1978-ci ildə Azərbaycan SSR EA-nın Kibernetika İnstitutuna təyinat almışdır. Həmin ildə stajor-tədqiqatçı qismində SSRİ EA Hesablama Mərkəzinə göndərilmişdir.
1980-ci ildə həmin mərkəzdə aspiranturaya daxil olmuş və 1984-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş və həmin ildə  fizika-riyaziyyat elmləri namizəd elmi dərəcəsi almışdır.
1984-2000-ci illərdə Moskvada SSRİ KTE Akademiyasının Kənd Təsərrüfatı Kibernetika İnstitutunda (1994-cü ildən Rusiya KTE Akademiyasının Aqrar Problemlər və İnformatika İnstitutu) kiçik elmi işçi, böyük elmi işçi, sektor müdiri, laboratoriya müdiri vəzifələrində çalışmışdır.
2005-ci ildə həmin institutda doktorluq dissertasiya müdafiə etmişdir. İqtisad elmləri doktoru, professordur.
  • 2000-2004: «НПО Каскад-М» SC, şöbə müdiri (Moskva).
  • 2004-2006: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzi, şöbə müdiri (Bakı).
  • 2008-2013: Azərbaycan Universiteti, müəllim, professor (Bakı).
  • 2013-2014: Azərbaycan Dövlət Pedaqoji Universiteti, kafedra müdiri (Bakı).
  • 2014-2015: Müstəqil İqtisadi Model Assosiasiyası Beynəlxalq Təşkilatı, layihə koordinatoru (Moskva).
  • 2015 aprel – 2015 may: Azərbaycan ET Kənd Təsərrüfatı İqtisadiyyatı və Təşkili İnstitutu, baş elmi işçi (Bakı.)
  • 2015 may – 9.10.2021 Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi-Tədqiqat İqtisadi Araşdırmalar İnstitutunun direktor müavini.
  • Hazırda "Biznesin idarə edilməsi" kafedrasının professorudur.